Nikol Paşinyanın siyasi riyakarlığı
20.02.2019 [09:58]
Yaxud Ermənistan rəhbərliyinin anlaşılmaz və ziddiyyətli çıxışları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmağa hesablanıb
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı həmişə olduğu kimi, məntiqsiz, anormal məqamları ilə seçilib. Xüsusilə deputatlar qarşısında onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hökumətin mövqeyini sərgiləyərkən səsləndirdiyi anlaşılmaz və ziddiyyətli fikirlər müəyyən suallar yaradıb. Bu azmış kimi, N.Paşinyanın sülh danışıqlarına əngəl törədə biləcək bəyanatına oxşar digər bir açıqlama onun mətbuat katibi V.Karapetyandan gəlib. Heç şübhəsiz, daxili ictimai rəyə hesablanmış bu kimi bəyanatlar sülh danışıqlarının iştirakçısı olan Azərbaycanın və beynəlxalq vasitəçilərin nəzərində N.Paşinyanın qeyri-ciddi siyasətçi obrazını bir daha ortaya qoyur.
Təbii olaraq, Ermənistan baş nazirinin guya “Azərbaycanın müharibə üçün hazırlaşdığı və Dağlıq Qarabağ əhalisi adından danışıqlarda iştirak etmək hüququ olmadığı” şəklində sərsəm açıqlamalarına sülh danışıqları prosesinin birbaşa iştirakçısı olan Azərbaycan XİN-dən cavab gecikməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı KİV-ə açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil: “Bir tərəfdən, münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən, danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir”.
Ermənistan rəsmilərinin səsləndirdikləri ziddiyyətli fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdləri hesab etmək olar: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir”.
Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, N.Paşinyan və Ermənistanın yeni hökuməti sülhün əleyhinə olduğunu nümayiş etdirir. Bütün bunlar onu göstərir ki, işğalçı Ermənistan danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlamağa, dolayısı yolla olsa da, onun legitimləşdirilməsinə çalışır.
Digər tərəfdən, məlum olduğu kimi, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Bu danışıqlarda N.Paşinyanın rəhbərlik etdiyi hökumətin xarici işlər nazirinin iştirakı Ermənistanın danışıqların formatından imtina etmədiyini göstərir. Beləliklə, Ermənistan baş nazirinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlardan imtina etmədiyi halda, birdən-birə sülh danışıqlarının formatını şübhə altına almasını yalnız siyasi riyakarlıq kimi dəyərləndirmək olar.
Əgər bu qəbildən olan açıqlamalar, doğrudan da, sülh danışıqlarının formatının dəyişdirilməsi, hətta danışıqları pozmağa yönəlmiş cəhddirsə, bunun nəticələri Ermənistan tərəfinə yaxşı heç nə vəd etmir. Çox güman ki, N.Paşinyan bu mövqedə dayanmağın uzunmüddətli perspektivdə Ermənistan üçün əlverişli olmadığını da başa düşür. Ona görə də hazırda müxtəlif ziddiyyətli bəyanatlar verməklə sadəcə vaxt udmağa çalışır.
Sonda onu qeyd edək ki, əgər işğalçı Ermənistanın rəhbərliyinin danışıqları pozmağa yönəlmiş cəhdləri davam edərsə, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün bütün digər vasitələrdən istifadə ediləcək və Azərbaycan Silahlı Qüvvələri döyüş meydanlarında nəyə qadir olduğunu bundan sonra da işğalçılara göstərəcək. Ona görə də Ermənistandakı hərbi xunta rejiminin sonunu hazırlayan 2016-cı ilin Aprel döyüşləri, habelə Naxçıvan istiqamətində 2018-ci ildə həyata keçirilən uğurlu əməliyyatlar əslində N.Paşinyan üçün ibrət dərsi olmalıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

