Ermənistanda ümidsizliyə qapılmış insanların sayı artır
13.06.2020 [09:32]
Rusiyalı ekspertin sözlərinə görə, indiki vaxtda məyusluq hissi keçirən erməni əhalisi düşdüyü ağır vəziyyətdən çıxmaq üçün yeni xilaskar axtaracaq
Sosial-iqtisadi tənəzzül dövrü keçirən işğalçı Ermənistanda pandemiyanın yaratdığı problemlərin həllində acizlik nümayiş etdirən Paşinyan hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində vəziyyət daha da ağırlaşıb. Artıq bir çox xarici ölkənin, o cümlədən Rusiyanın media orqanlarında koronavirus pandemiyasının Ermənistanda ağır fəsadlar yaratması barədə çoxsaylı materiallara rast gəlmək olur.
Rusiyanın nüfuzlu “pravda.ru” saytında MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarovun Ermənistanda vəziyyət barədə müsahibəsini bu qəbildən hesab etmək olar. “Koronavirus Paşinyanın vədlərini puç edib” sərlövhəli müsahibədə hazırda Ermənistanda baş verənlərə, o cümlədən daxili ziddiyyətlər və qalmaqalların çoxalmasına, “koronavirus böhranı”na qədər baş nazir Nikol Paşinyanın verdiyi çoxsaylı vədlərə və onun planlarının uğursuzluğa düçar olmasına həmçinin digər məsələlərə aydınlıq gətirilib. A.Markarovun sözlərinə görə, koronavirus və onun doğurduğu iqtisadi dəyişikliklər ölkədə mövcud olan iqtisadi və sosial vəziyyətə təsir göstərməyə bilməzdi. Yəni, koronavirus, hətta ehtimal edilən perspektivləri də aradan qaldırıb. Paşinyanın populist vədlərinə gəlincə, A.Markarovun sözlərinə görə, onun seçkiqabağı vədlərindən biri Ermənistan diasporundan investisiyalar cəlb etmək olub. A.Makarov deyib ki, erməni diasporu o qədər də bədxərclik etməyib, vəd edilən sərmayələr yalnız qismən həyata keçirilib. Gözlənilən həcmdə investisiya qoyuluşu baş tutmayıb, yəni N.Paşinyanın vəd etdiyi kimi, diasporun milyonlarla dollar məbləğində sərmayəsinin respublikaya axacağı barədə gözləntilər özünü doğrultmayıb. İndiki qeyri-müəyyənlik şəraitində isə iri investisiyalardan söhbət açmaq mümkün deyil. A.Makarov yeni hakimiyyətə böyük ümid bəsləyən sadə ermənilərin peşmançılığına da diqqət çəkib: “Paşinyanın “100 gün” və “500 gün” müddətinə vəd etdiyi planların heç biri yerinə yetirilməyib. Buna görə də ümidsizliyə qapılmış insanların sayı artır və çox güman ki, əgər bundan sonra da nəticə olmasa, vaxt keçdikcə daha da artacaq. Yaxın zamanda ümumi daxili məhsulun (ÜDM) artımını təmin edə biləcək real planlar yoxdur və bu vəziyyətdə ola da bilməz. Deməli, ümidsizliyin artması ehtimalı çoxalır”.
Ekspertin sözlərinə görə, koronavirusun bütün planları alt-üst etdiyi indiki vaxtda məyusluq hissi keçirən erməni əhalisi düşdüyü vəziyyətdən çıxmaq üçün yeni xilaskar axtaracaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19

