Ermənistanda siyasi böhran: ziddiyyətlər dərinləşir, qarşıdurma güclənir
20.03.2021 [08:56]
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyun tarixində bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan edib. Yerli KİV yazır ki, bununla da Ermənistanda siyasi böhran yeni mərhələyə qədəm qoyub. Digər tərəfdən, müxalifət seçki tarixinin elan edilməsi ilə bütün məsələlərin həll olunmadığını, hakimiyyətə qarşı mübarizənin davam etdiyini bildirib.
Qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlament müxalifətinin Paşinyanla razılığa gəlməsi birmənalı qarşılanmır. Ekspertlərin fikrincə, Ermənistanda növbədənkənar seçkilər baş nazirin istefası və parlamentin 3 dəfə baş naziri seçə bilmədiyi halda, qanunverici orqan buraxıldıqdan sonra keçirilə bilər. “Aysor.am”ın yazdığına görə, konstitusiya hüququ üzrə ekspert Gövhər Meloyan deyib ki, Ermənistanın əsas qanununda təsbit edilən müddəaya görə, növbədənkənar seçkilər prezident tərəfindən təyin edilir. Bununla belə, ölkədə ötən ilin sentyabrından tətbiq edilən hərbi vəziyyət ləğv edilməlidir. Belə çıxır ki, məğlub ölkədə martın 18-də baş verən sadəcə parlamentdə təmsil olunan 3 siyasi qüvvənin 3 ay sonra növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılaşmasının elan edilməsidir. Parlamentdən kənarda olan qüvvələrin məsələyə reaksiyasına gəlincə, sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu “Erməni milli konqresi” qəti şəkildə seçkilərin əleyhinə çıxış edib. Bu günlərdə Paşinyana istefa verərək ölkəni tərk etməyi təklif edən eks-prezident L.Ter-Petrosyan onun biabırçı məğlubiyyətə görə daşıdığı məsuliyyətdən yayınmaq və hakimiyyətini saxlamaq məqsədi güddüyünü deyib.
Yeri gəlmişkən, “news.am” yazır ki, “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyan isə deyib ki, hakimiyyətin seçki keçirməsinə icazə verilməməlidir. “Paşinyanın açıqlaması hələ onun seçki keçirə biləcəyi demək deyil. Seçkilərin keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atmaq lazımdır. Paşinyanın hakimiyyəti dövründə seçkilərin keçirilməsi Ermənistan üçün fəlakətdir”, -deyə o bildirib. “Panorama.am”ın yazdığına görə, politoloq Stepan Danielyan isə məsələ ilə bağlı “Mənə elə gəlir ki, iyun seçkiləri blefdir və əslində, eks-prezident Ter-Petrosyanın təklif etdiyi ssenarisi həyata keçirilir: komanda üzvündən biri baş nazir seçiləcək və Paşinyan xaricə qaçacaq”, - deyib.
Beləliklə, Paşinyanın növbədənkənar seçki gedişi məğlub Ermənistanda siyasi böhran fonunda ziddiyyətlərin dərinləşməsini, qarşıdurmanın güclənməsini şərtləndirir. Bütövlükdə isə, ekspertlər Paşinyanın seçkiyə getməyə razı olmasını müxtəlif cür qiymətləndirirlər. Bəziləri bunu blef, digərləri öz hakimiyyətini möhkəmləndirmək cəhdi hesab edirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

