Paşinyan yeni repressiya dalğasına start verib
07.05.2021 [08:34]
20 iyun seçkilərinin baş tutması üçün parlamentdə start verilən prosedur insidentsiz ötüşsə də, məğlub Ermənistanda qeyri-sabitlik davam edir. Yerli media yazır ki, istefa verdiyi halda, hazırda qanunsuz şəkildə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkilərdə üstünlük qazanmaq üçün məqbul və ya qeyri-məqbul bütün vasitələrə baş vurur. Belə ki, parlamentdəki son çıxışı zamanı Paşinyan hələ rəsmi olaraq elan edilməyən seçkilərin nəticəsinin indiki hakimiyyətin xeyrinə olacağına əminlik bildirib.
“News.am” yazır ki, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın sözlərinə görə, baş nazir seçilməsi üçün parlamentdəki son səsvermədə iştirak etməyən “Maariflənən Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları Paşinyanın “oyuncaqları” olduqlarını sübut ediblər: “Seçkilərdə bəzi təminatlar almaq üçün Paşinyana sığınıblar. Parlamentdəki “müxalifət” adlandırılanlar baş nazir vəzifəsinə namizəd irəli sürməyə belə cəhd göstərmədilər”.
Qeyd edək ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Paşinyanın bu günlərdə mərkəzi seçki komissiyasının (MSK) sədri Tiqran Mukuçyanla məxfi görüşü də birmənalı qarşılanmayıb. “Past” qəzeti yazır ki, bazar günü baş tutan görüşdə növbədənkənar seçki prosesi, seçki siyahıları və digər məsələlərlə bağlı MSK sədri ilə dəqiqləşdirmələr aparılıb.
Onu da qeyd edək ki, Paşinyan hakimiyyəti təzyiq və repressiyaların yeni dalğasına da start verib. “News.am” yazır ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, general-polkovnik Movses Hakopyan təhlükəsizlik xidmətində dindirilib və daha sonra ona qarşı ittiham irəli sürülüb. “Joğovurd” qəzeti isə yazır ki, Paşinyanın parlamentdəki çıxışında bir neçə gün əvvəl bitərəf deputatlar Taquhi Tovmasyan və Anna Qriqoryana qarşı başlayan kampaniyanın onun təlimatı ilə aparıldığı sübut edilib.
Bu arada “Beynəlxalq insan inkişafı mərkəzi”nin sədri, Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan seçki kampaniyası dövründə informasiya məkanına vətəndaşların düşüncələrini manipulyasiya edən süni və saxta gündəmlər daxil etməməyə çağırıb. Ekspert onu da qeyd edib ki, nəticələri nə olursa-olsun, növbədənkənar parlament seçkiləri ölkədə yaranan daxili siyasi böhranı həll edə bilməyəcək: “Yeni parlamentin fəaliyyəti, çox güman ki, qısamüddətli olacaq. Ölkədəki daxili siyasi böhran həll olunduqdan sonra seçki təşkil etməliydik”.
Göründüyü kimi Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı siyasi qüvvələr arasında fikir ayrılığı var. Eyni zamanda, seçkilərə münasibət, hakimiyyətin atdığı addımlar cəmiyyətdə aylardır davam edən psixoloji gərginliyi daha da artırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

