Növbədənkənar seçkilər Ermənistana sabitlik deyil, xaos vəd edir
19.06.2021 [08:43]
Ermənistanda 7 iyunda başlayan seçkiqabağı təbliğat-təşviqat kampaniyası bu gün başa çatır. Buna görə də son günlər siyasi gərginlik daha da artıb.
Yerli media xəbər verir ki, seçkiqabağı kampaniyanın əsas iştirakçıları paytaxtda sonuncu mitinqlərini də keçiriblər. Məsələn, “Aysor.am” yazır ki, baş nazir vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan 18 iyuna təyin etdiyi mitinqi bir gün əvvələ çəkib. Buna səbəb həmin gün bir saat fərqlə R.Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” seçki blokunun Respublika meydanında mitinq planlaşdırması olub. Yerevanda keçirilən sonuncu mitinqdə Paşinyan əsas rəqiblərinin ona qarşı irəli sürdüyü iddialara cavab olaraq bir sıra ittihamlar da səsləndirib.
Yeri gəlmişkən, iyunun 18-də “Gallup” Beynəlxalq Assosiasiyası keçirdiyi son rəy sorğusunun nəticələrini açıqlayıb. “Aysor.am” yazır ki, rəy sorğusuna görə, “Vətəndaş müqaviləsi” partiyasına səs vermək istəyən seçicilərin sayı 25,2 faiz, “Ermənistan” blokunu dəstəkləməyə hazır olan seçicilərin sayı 28,7 faizdir. Sorğuya əsasən, “Şərəfim var” bloku (S.Sarkisyan-A.Vanetsyan) 10,8 faiz, “Çiçəklənən Ermənistan” partiyası 5,4 faiz, “Maariflənən Ermənistan” partiyası 5,2 faiz seçici səsi toplaya bilər. Sorğunun digər nəticələrinə görə, respondentlərin 51,1 faizi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu arada, “Panorama.am” yazır ki, sonuncu parlamentdə müxalifəti təmsil edən “Maariflənən Ermənistan” partiyasının baş nazir postuna namizədi Edmon Marukyan parlamentdə mandat alacaqlarına əminlik ifadə edib. Seçkidən sonra xaos baş verəcəyi barədə ehtimallara münasibət bildirən partiya sədrinin sözlərinə görə, onlar yalnız iki halda küçələrə çıxa bilərlər: seçkilər saxtalaşdırılarsa və ya ölkədə fəlakət baş verərsə.
Qeyd edək ki, xarici ekspertlərin də qənaətinə görə, bu seçkilərdə iştirak edən hər hansı siyasi qüvvənin mütləq çoxluğu qazanmaq ehtimalı olmadığı üçün məğlub Ermənistanı yeni təlatümlər gözləyir. Qeyd edildyi kimi, seçkilərdə əsas favorit göstərilən siyasi qüvvələr yalnız iştirakçıların dörddə birinin səsinə iddia edə bilər ki, bu da yeni hökumət qurmaq üçün yetərli deyil. Həmin qüvvələrin koalisiya hökuməti qurmaq ehtimalı da olmadığı üçün, ikinci tur seçkilər qaçılmaz ola bilər. Vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə Ermənistanı daha ağır siyasi xaos gözləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

