Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Quterreşin Moskva və Kiyev səfərlərinin məqsədi açıqlanıb

Quterreşin Moskva və Kiyev səfərlərinin məqsədi açıqlanıb

25.04.2022 [21:47]

BMT-nin baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu bazar ertəsi keçirilən brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, yekun məqsəd atəşkəs və Ukraynada insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının yaradılmasıdır.

"Həmçinin, BMT-nin Mariupol bölgəsində humanitar atəşkəs kimi təşəbbüsləri, humanitar dəhlizlərin yaradılması müzakirə edilə bilər. Görüşlərin nəticəsini indidən proqnozlaşdırmaq hələ tezdir", - F.Haq bildirib.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31