Xalq həyatının nəğməkarı...
30.05.2024 [10:50]
Mirzə Ələkbər Sabirin doğum günüdür
“Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da... Zamanında heç bir şair özünü Mirzə Ələkbər Sabir qədər xalqa sevdirməmişdi. Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə. Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir.
O, 20-ci əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında öz dəstixətti ilə fərqlənən, şeirimizdə azadlıq və istiqlal duyğularının tərənnümçüsü, satirik şair, görkəmli sənətkardır. Bu gün böyük satira ustasının dünyaya gəlməsindən 162 il ötür.
Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlayıb. İlk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazıb. Onu yeni Azərbaycan şeirinin yaradıcısı olaraq da qiymətləndirirlər.
Maraqlıdır ki, Sabir 43 yaşından sonra yazmağa başlayıb. Bəlkə də 43 illik sükutunun sirri, onun Avropa təhsili ala bilməməsində, rus dilini bilməməsində olub...Amma zaman gəldi və o, “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi.
Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə kimi dahi söz ustaları ilə bir sırada çəkilir. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi - bunların hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edirdi.
Sabirin şeirləri içərisində elə parçalara rast gəlirik ki, onlar vicdanımıza nüfuz edir. O, acı-acı gülüşləri ilə öz xalqını oyadan bir şair idi. Əsərləri o qədər sadə, rəvan, xəlqi və qorxmaz ruhdadır ki, azadlıq sevən hər bir insanın ürəyinə yol tapır. Dahi satira ustası xalqın və xalq həyatının nəğməkarı idi, bütün varlığı ilə xalqın müsibət və dərdlərini, ehtiyac və arzularını hiss edib duyur, qələmə alırdı.
O, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
Sabirin yaradıcılığında məktəbə, maarifçi ziyalıya, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəb və təhsil düşmənlərinin ifşası, yalnız elm öyrənməklə özünüdərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açılmışdı. Sabirin həmin maarifçilik fəaliyyəti bu gün də aktualdır.
Şairin yaradıcılığına boylananda onun uşaqlar üçün yazdığı çox gözəl şeirlərinə də rast gəlirik. “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”, “Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”, “Uşaqlara” və s. qeyd edə bilərik.
Cəmi əlli il ömür sürən dahi şair yalnız 5-6 il ardıcıl ədəbi yaradıcılıqla məşğul olub. Lakin bu qısa müddət ərzində elə böyük ədəbi irs qoyub ki, bu irs təkcə ədəbiyyatımız üçün deyil, bütün Şərq poeziyası üçün əvəzsiz bədii xəzinə sayılır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

