Seyid Əzim Şirvanini niyə öldürmüşdülər?
09.07.2024 [10:45]
Yeganə BAYRAMOVA
Onun realist şeir yaradıcılığında “Əkinçi” qəzetinin mühüm rolu olub. Yazdığı şeirlərinin böyük əksəriyyətində xalqı qəflət və cəhalət yuxusundan oyatmağa çağırırdı. Seyid Əzim Şirvani milli poeziyamızın inkişaf tarixində incə ruhlu, lirik, cəmiyyətin sosial bəlalarını cəsarətlə tənqid edən satirik, əxlaqi-tərbiyəvi mənzum hekayələr və təmsillər müəllifi, ədəbiyyatşünas-təzkirəçi kimi məşhurdur.
Aşiqanə qəzəlləri daha çoxdur...
Bu gün zəngin yaradıcılığı ilə adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış şairin anadan olmasından 189 il ötür. Əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış original əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir.
18 illik əziyyətin sonu...
19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəb fəaliyyətini dayandırmağa məcbur olur.
Onu sevməyənlərin sayı hər gün artırdı
1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.
Ölümü barədə müxtəlif iddialar...
Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır.
Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü də deyilir. Bir variantda isə onun möhvumatçı insanlar tərəfindən qətlə yetirildiyi söylənir. Ancaq birinci ehtimal daha geniş yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

