Bir qayanın sirri
14.08.2024 [11:34]
Niobenin faciəsi - lovğalıq...
Şahanə MÜŞFİQ
“Ağac bar verəndə başını aşağı dikər”,- deyib atalarımız. Lazımsız lovğalıq, özünü hər kəsdən üstün görmək, öz məziyyətlərini şişirdərək, sanki təkcə səndə imiş kimi onunla fəxr edib, insanları özündən aşağı görmək kimə uğur, başucalığı gətirib ki?!
Hərdən hansısa xüsusiyyətinlə, var-dövlətinlə, sahib olduqlarınla öyünərkən onun bir gün olmaya biləcəyini də düşünmək lazımdır, şübhəsiz. Məsələn, Niobenin faciəsi kimi...
Mifologiyaya görə, Niobe Spil dağının ətrafında hökm sürən Lidiya kralı Tantalus və Dionenin qızıdır. Uşaqlığı bu bölgədə keçən Niobe Leto ilə dost olur, birgə oynayır. Böyüyüb gözəl gənc qız olanda isə Zebai kralı Amfion ilə evlənir və bu evlilikdən 12 uşağı olur: 6-sı qız, 6-sı oğlan (Bəzi qaynaqlarda isə 14 uşaq qeyd edilir, 7 qız, 7 oğlan).
Övladları ilə çox xoşbəxt yaşayan Niobe bir müddət sonra analığı ilə öyünməyə başlayır və 12 övladının olması ilə lovğalanır, ətrafında onun qədər bərəkətli ananın olma??ğını deyir. Hətta uşaqlıq dostu ilahə Letoya da meydan oxuyur. Çünki Tanrı Zevslə evlənən Letonun Apollon və Artemida adlı iki övladı var. Niobe özünü Letodan da üstün görməyə başlayır. “Mən xoşbəxtəm. Nə olursa olsun, həmişə xoşbəxt yaşayacağam. Çoxlu övladım var. Əcəl hamısını əlimdən alıb məni uşaqsız qoya bilməz. Mənim nəslimi heç kim quruda bilməz. Leto yalnız 2 uşaq anası olduğu halda, özünü bir şey hesab edir. İki uşaq nədir!”
Bu təkəbbürlü sözləri eşidən digər qadınlar Niobeyə xəbərdarlıq edirlər: “Ah, sus, Leto eşitməsin... Leto bu dediklərini eşitsə...”
Leto güclü ilahədir və hamı ona hörmət edir. Lakin Niobe ağıllanmır və qürurlanmağa davam edir, “Leto analıq mövzusunda mənlə yarışa bilməz. Eşidirsə, eşitsin, bilirsə, bilsin...” deyə qışqırmağa davam edir.
İlahə Leto həmin vaxt çayın kənarında dincəlir. Və külək bu sözləri yavaşca Letonun qulağına pıçıldayır, Niobenin dediyi hər şeyi Letoya çatdırır. İlahə Leto bütün bu sözləri eşidəndə dəli olur. Qəzəblənən Leto uşaqları Apollon və Artemidanı yanına çağırır və onlardan Niobedən qisas almalarını xahiş edir.
Bundan sonra Apollon və Artemida analarının sözünə qulaq asaraq, yaylarını və oxlarını götürüb Niobenin uşaqlarını öldürməyə gedirlər. Günorta Niobenin 6 oğlu qayalı və sıldırımlı yamaclarda ov edərkən Apollon oxları vuraraq onları yerə sərir. Bu pis xəbəri eşidəndə altı qardaşın altı gözəl bacısı qardaşlarının öldürüldüyü dağa tərəf qaçırlar. Ancaq ora çatacaqları vaxt Günəş batmışdı və gecə idi. Ay və ov ilahəsi Artemida qaranlıqda parlayır və görünməz oxları ilə 6 bacını yerindəcə öldürür. Beləliklə, Niobenin 12 uşağının hamısı ölür.
Niobe günlərlə uşaqlarının meyitləri üzərində paltarları parçalanana qədər özünü döyüb ağlayır, saçlarının hamısını yolur. O, göz yaşı tökür, çırpınır və lazımsız öyünməsinin əvəzini çox pis ödəyir. 9 gün ərzində heç kim uşaqların cəsədlərinə toxunmur. Onların cəsədləri 10-cu gün tanrılar tərəfindən dəfn edilir. Niobe övladlarını itirəndə dayanmadan ağlayır, fəryad edir. Böyük iztirab içində olan Niobenin nəhayət səsi kəsilir və lal məxluqa çevrilir. Tanrılar onun keçirdiyi dərin ağrıları görürlər. Tanrı Zevs Niobenin daha çox əzab çəkməsini istəmir və onu qayaya çevirir. Həmin qaya bu gün Türkiyənin Manisa şəhərində, Spil dağında yerləşir. Çaybaşı məhəlləsindəki “Ağlayan qaya”nın yaranması Niobenin faciəsi ilə əlaqələndirilir. Başqa adla Niobe qayası kimi də tanınan “Ağlayan qaya” görən hər kəsin təəccübünə səbəb olur. Çünki qayanın şəkli başını önə əyib ağlayan bir qadını xatırladır. Hətta yaxın vaxtlara qədər bu qayanın göz çuxularından sızan suyun Niobenin göz yaşları olduğuna inanılırdı.
Niobenin bir ana kimi faciəsinə dünya ədəbiyyatı, incəsənəti də laqeyd qalmayıb. Əsrlər boyunca bir çox tanınmış ədəbiyyatçı bu faciəyə şeirlər qoşub, rəssamlar onu ağ kətan üzərində canlandırıb. Onun ən böyük rəsmi isə təbiətin özü tərəfindən yaradılan “Ağlayan qaya”dır, məncə. Bu, həm də lovğalığın səbəb ola biləcəyi faciənin insanlara hər zaman örnək olacaq daş heykəlidir.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

