Viran vücuddan qaçış
24.04.2025 [09:11]
Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında
Akutaqavanın nisbətən iri həcmli əsərlərindən olan “Cəhənnəm əzabı” (1918) novellasının mövzusu on ikinci əsrdə yazıya alınmış klassik yapon hekayətləri toplusundan götürülüb. Əsər həşəmətli hökmdar əlahəzrət Horikavanın saray qulluqçusunun dilindən nağıl olunur.
Horikava ədalətli, insaflı hakimdir, buna görə cəmi paytaxt əhli ona dərin hörmət-ehtiram bəsləyir, canlı Budda kimi onun səcdəsinə durur. Hökmdarın sarayında ustalıqda ad-san çıxarmış rəssamlar var, bunların da ən seçkini Yosihide adlı əlli yaşlarında qaraqabaq, xəsis, tamahkar, vicdansız, tənbəl, dikbaş, yaraşıqda meymuna bənzər kişidir. Bu rəssam o qədər yönsüzdür ki, saray əhli Horikavaya bağışlanmış meymunu da onun adıyla çağırır. Rəssamın qızı o meymuna mehir salıb isinişir.
Yosihidenin bu dünyada iki sevgisi var: biri sənəti, o biri də on beş yaşlı gənc qızıdır. Məbədə nəzir verməyə əli gəlməyən rəssam bir sənətindən, bir də qızından sevgisini əsirgəmir, onlardan ötrü hər fədakarlığa hazırdır - hərçənd onun fədakarlığı özünü yox, başqalarını fəda verməyi nəzərdə tutur. Qız da atasıyla birgə sarayda yaşayır, burada ona da kiçik vəzifə tapşırılıb. Bir dəfə yaxşı işinə görə padşah saray rəssamına ənam vermək istəyəndə Yosihide mükafat əvəzinə Horikavadan qızının qulluqdan azad olunub evə buraxılmasına rüsxət istəyir, ancaq hökmdar buna razılıq vermir. Belə bir ehtimal da var ki, Horikava baş rəssamın qızına aşiq olub.
Yosihidenin rəsmləriylə bağlı qorxunc şayiələr dolaşır: guya onun şəklini çəkdiyi qadınlar tezliklə azarlayıb əzab içində ölürlər, sonra həmin şəkillərdən çürümüş cəsəd qoxusu gəlir; guya bu ustad sənətkarın cadugərlik məharəti də var. Bir dəfə əlahəzrət ondan: “Sən deyəsən eybəcərliyi sevirsən?” - deyə soruşanda Yosihide hökmdara belə cavab verir: “Bəli, bu üzdən gedən rəssamcıqlar eybəcərliyin gözəlliyini anlamazlar!” Mətləbdən uzaqlaşmamış deyək ki, bu obrazın prototiplərindən biri, çox güman, birincisi “Şər çiçəkləri” poetik toplusunun müəllifi, Akutaqavanın ən sevimli şairi, leşdən, çürüntüdən poeziya yaradan dahi Şarl Bodlerdir. Yosihidenin acı xasiyyəti də Bodlerin qəliz xarakterindən geri qalmır, o da uzaq Fransadakı orijinalı kimi sənətiylə İblisə səcdə qılır.
Rəsmlərində təsvir elədiyi ağrı-acılar, vahimələr, iztirablar, işgəncələr təbii çıxsın deyə Yosihide tez-tez öz şagirdləri üzərində eksperimentlər aparır, onlara əzab-əziyyət verir, onları müdhiş situasiyalara salır. Ancaq bu əməlləri onun vicdanını zərrə qədər incitmir, çünki ondan ötrü sənət insan həyatından min qat qiymətlidir, başqa sözlə, “insan ömrü Bodlerin bir misrasına dəyməz”.
Günün birində əlahəzrət Horikava saray rəssamı Yosihideyə cəhənnəm əzabını əks elətdirən bir rəsm əsəri çəkməyi tapşırır. Yosihide işin çox hissəsini görür, həlledici məqama çatanda hökmdarın hüzuruna gedib deyir ki, daha bundan sonrasını çəkməyə gücü-qüdrəti yoxdur. Horikava səbəbini soruşanda rəssam fikrinə belə izah verir ki, görmədiyi bir halı, vəziyyəti fırçasıyla yarada bilməz: o heç vaxt cəhənnəmdə olmayıb, oranın əzablarını dadmayıb. Hökmdar ondan harada ilişib qaldığını xəbər alanda Yosihide uçurumdan aşan kareta şəkli çəkməyə çalışdığını deyir: “Karetanın içində qara saçına od düşmüş zərif saray xanımı əzab içində qıvrılır. Qaşları çatılmış bu qadın tüstüdən boğulmamaq üçün başını pəncərədən çölə çıxarır. Üstünə yağan qığılcım yağışından qorunsun deyə qadın dartıb bambuk pərdəni qoparır. Onlarla yırtıcı quş dimdiyini şaqqıldada-şaqqıldada onun başı üstündə dövrə vurur... Bax, bu mənzərəni heç cür təsvir eləyə bilmirəm”.
Gecələrin birində əlahəzrət Horikava rəssam Yosihide üçün belə bir tamaşa təşkil eləyir. Son məqamda Yosihide məşəl işığında görür ki, karetanın içindəki zəncirə vurulmuş qadın onun doğma qızıdır. Sənətlə həyat arasında qalan rəssam arzuladığı cəhənnəmi canlı-canlı yaşayır. Kareta od alanda Yosihide irəli atılıb qızını qurtarmaq istəsə də, qatı tüstü-dumanı yara bilmir. Əvəzində meymun adaşı alovun içinə sıçrayıb sevimli bacılığıyla birgə külə çıxır...
Bu əhvalatla bağlı cürbəcür şayiələr dolaşır: kimi deyir əlahəzrət Horikava qarşılıqsız sevgisinin qisasını alıb, kimi də deyir adil hökmdar öz işi naminə insanların meyidi üstündən keçməyə hazır olan sənətkara dərs verib (yenə karma məsələsi). Bu versiyaların heç biri təkzib olunmur, ancaq əsərdə açıq səslənməyən üçüncü versiya daha ağlabatandır: çox güman, sənət, gözəllik aşiqi mərhəmətli hökmdar bu qanlı tamaşanı rəsmin daha təsirli alınması xatirinə qurub, Yosihideyə cəhənnəm əzabını yaşatmaqla misilsiz sənət nümunəsinin yaranmasına ilham verib. Hər nədirsə, rəssam işini yarımçıq qoymur, bir ayın tamamında qeyri-adi rəsm əsəri hazır olur.
Rəsmi əlahəzrətə təhvil verdiyinin ertəsi günü Yosihide özünü asır. Bir müddət sonra onun məzarını ot-alaf basır, bilinmir ki, o məzarda yatan kimdir. Əlbəttə, sənətkarın fani cismi onun baqi ruhunun yaratdığı şedevrin qarşılığında bir saman çöpündən də dəyərsizdir. “İnsan ömrü Bodlerin bir mirasına dəyməz”.
Akutaqavaya görə, həyat öləri, incəsənət yaşarıdır. Gerçək sənət əsəri yaradan kəsə hər yaramazlığı bağışlamaq, hər suçu keçmək olar. Estetika etikadan, sənət əxlaqdan ucadır. Gözəllik xeyirxahlıqla dost olmaya da bilər. Ruh vicdandan, ədalətdən, mərhəmətdən nəsibini almaya da bilər, çün vicdan da, ədalət də, mərhəmət də şüurun, idrakın icadı deyil, sinirə bağlı fenomenlər, əsəblərin ətraf aləmə reaksiyasıdır. “Mənim vicdanım yoxdur, mənim ancaq sinirlərim, əsəblərim var”, - “Tənhalıq cəhənnəmi”ndə fələyin “Dişli çarxlar”ına ilişib “İdiot həyatı” yaşayan, özüylə “Zülmətdə dialoq” aparan ümidsiz, yalqız Rünoske belə deyirdi...
Davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50

