Milli maraqlara bağlı insan
10.07.2025 [09:45]
Ömrüm boyu böyük ziyalı, xalqın sevdiyi insan, görkəmli dövlət xadimi, diplomat... kimi tanıdığım Həsən Həsənov haqqında bu yazını yazmağa başlamamışdan əvvəl bir neçə gün əlimə qələm almağa cəsarət etmədim. Çox düşündüm. Azərbaycanda hamının tanıdığı şəxsiyyət haqqında mən nə yazım ki, ona layiq olsun. Doğrusunu deyim ki, yazı-pozu ilə məşğul olduğum 55 il müddətində belə çətinliyə düşməmişdim. Axı xalqın tanıdığı insanı xalqa necə təqdim edim?
Vikipediyaya baxdım, tərcümeyi-halını bir daha “vərəqlədim”, “yaxşı bunlar da hər adam üçün əlçatandır, mən nədən başlayım?” - deyə çətinlikdən çıxmağa çalışdım. Bəlkə, hansı dövlət işlərində çalışdığından, keçdiyi şərəfli həyat yolundan bəhs edim?
1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçiləndə Həsən müəllim də millət vəkili seçilmişdi. O, həm də Azərbaycan Respublikasının Xarici İşlər naziri idi. Beləliklə, ilk yaxın tanışlığımız Milli Məclisdə oldu. Mənimlə elə görüşdü ki, sanki, çoxdan tanıdığı insanla görüşürdü. Çox səmimi, gülərüz insan kimi gördüm onu. İki il, həftədə iki dəfə Milli Məclisin iclaslarında görüşürdük...
Sonra mən Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olundum. Beləliklə, Həsən müəllim “mənim nazirim” oldu. Onunla görüşəndə müəyyən fikirlərimi söyləyirdim, səhv danışanda özünəməxsus şirin gülüşlə “Yox, elə deyil” - deyə düzəliş verirdi. Həsən müəllimdən heç vaxt irad eşitmədim, özümdən böyük kimi (10 yaş fərqimiz var) ondan daim nə isə öyrənməyə çalışırdım. Öyrəndiklərim diplomatik işimdə mənə çox kömək edirdi.
...Baş konsul kimi 10-15 gün idi ki vəzifəmin icrasına başlamışdım. Bizə xəbər verdilər ki, Azərbaycanın gəmisini borca görə bir neçə gündür ki, Mərmərə dənizində saxlayıblar. Gəmi heyətinin də bütün ərzağı qurtarıb. Dözülməz vəziyyət yaranıb. Konsulluğun bir əməkdaşı ilə dənizin ortasında saxlanılan gəmiyə getdik. Orada türk polisləri və Azərbaycan gəmi heyətinin qarşısında çıxış etdik. Dost, qardaş xalqlar olduğumuzu bir daha xatırlatdıq. Sonra masa başında birlikdə çay içdik. Türk polisləri əlaqəli təşkilatların rəhbərləri ilə danışdılar. Gəmini buraxmaq haqqında qərar qəbul edildi. Həmin gün gecə saat 2-də nazir Həsən müəllim mənə zəng edib, şifahi təşəkkürünü bildirdi. Baş verən əhvalat AzərTAC vasitəsilə yayımlandı...
Elə həmin ərəfələrdə bir gün konsulluqda yenicə işə başlamışdıq ki, dedilər Azərbaycan Xalq Cəbhəsi Partiyasının İstanbul universitetlərində oxuyan 30 tələbəsi konsulluğun qarşısında mitinq keçirmək üçün gəlib. Doğrusu, mən həmişə mitinqlərin əleyhinə olmuşam. Odur ki, heç nə fikirləşmədən əməkdaşlarımıza dedim ki, gedin, onların başçısını yanıma dəvət edin. Başçı gəldi. Soruşdum: “Nə istəyirsiniz?” Cavab verdi ki, biz istəyirik, Heydər Əliyev hakimiyyətdən getsin. Dedim, a bala, məni bura Heydər Əliyev göndərib! Onunla xeyli tərbiyəvi söhbət apardıqdan sonra başının dəstəsini də götürüb getdi. İndi yadıma düşür ki, 11 gün idi işə başlamışdım... Yenə həmin gün Həsən müəllim zəng vurub təşəkkür etdi. Bir daha hiss etdim ki, mən nazir tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşam.
Həsən Həsənov işlədiyi bütün dövlət vəzifələrində həmişə şərəflə çalışıb və xalqımız üçün böyük işlər görüb. 1990-cı il yanvar faciəsi ilə bağlı SSRİ rəhbərliyinə məktubunda bildirirdi: “Xalqın qanı töküldü, amma o qan bu torpağın azadlığı üçün töküldü! Azərbaycanın səbrini sınağa çəkmək xalqı daha da birləşdirdi”.
Qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi kimi Dağlıq Qarabağ konfliktinə dair 4 qətnamənin qəbuluna nail olması Həsən Həsənovun xarici siyasətdə əhəmiyyətli rolunu göstərir. Müstəqil Azərbaycanın ilk Diplomatik pasport sisteminin əsasını Həsən Həsənov qoyub. “Azərbaycan diplomatiyası tarixi” kitabını yazıb.
Heç demə, Həsən müəllimin gözəl qələmi də varmış, o, dərin mənalı əsərlər də yazırmış. Bir gün gördüm ki, Akademik Milli Dram Teatrının qarşısında “Brüsseldən məktublar” tamaşasının afişası asılıb. Afişada müəllif kimi Həsən Həsənovun ad-soyadının yazıldığını görəndə təəccübləndim: Görəsən, Xarici işlər naziri Həsən Həsənovdur? Tamaşaya baxdım, çox təsirləndim. Səhv etmirəmsə, tamaşa haqqında mətbuatda resenziya da yazdım. Həsən müəllim yaddaşlardan silinməyəcək bir pyes yazmışdı, ona görə tamaşa da anşlaqla keçdi. O zaman öz-özümə fikirləşirdim: Həsən müəllimlə məni birləşdirən, doğma edən bəlkə də onun yaradıcılığı, qiymətli əsərlər yazmasıdır. Necə deyərlər, “ürəkdən-ürəyə yollar görünür”...
Bu yaxınlarda Həsən müəllimin türklərin tarixi, ənənələri, həyat tərzləri ilə bağlı bir yazısını maraqla oxudum. Bəli, Həsən müəllim həm də tarixçi alimdir. Çoxlu tarixi araşdırmaların müəllifidir. Bütün bunlar Həsən Həsənovun hərtərəfli biliyə malik bir insan olduğunu təsdiq etmirmi?
Sonralar Həsən müəllim müxtəlif ölkələrdə səfir oldu, harada işlədisə, Azərbaycanı ləyaqətlə təmsil etdi.
Son zamanlar Həsən müəllimlə müxtəlif tədbirlərdə görüşürük, telefonla əlaqə saxlayırıq.
Bir sözlə, mən Həsən müəllimlə həmişə fəxr etmişəm, onun adı gələndə şərəf duymuşam. Həmişə də ürəyimdə fikirləşirəm: Kaş, belə adamlar çox olaydı...
Xeyrəddin QOCA,
yazıçı
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35

