“Qarabağ Zəfəri və Türk dünyası” mövzusunda dəyirmi masa keçirilib
20.12.2024 [23:14]
Azərbaycan Dillər Universitetində (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Zəfəri və Türk dünyası” mövzusunda dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Qarabağ Zəfərinin tarixi və siyasi əhəmiyyətini vurğulayıb.
Universitetin rektoru akademik Kamal Abdulla qeyd edib ki, Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının, həmrəyliyinin, mətinliyinin göstəricisidir: “Qarabağ Zəfəri tarixdə Türk dünyasının birliyini sübut edən dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu Qələbə türk birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər, eyni zamanda, ədalətin bərqərar olmasıdır. Azərbaycan torpaqlarının azad olunması ilə biz təkcə haqqımızı bərpa etmədik, həm də türk birliyinin gücünü göstərdik. Bu birlik hər birimizin gələcəyinə ümid işığıdır”.
Mili Məclisin deputatı Rəşad Mahmudov çıxışında Qarabağ Zəfərinin təkcə hərbi gücün deyil, həm də siyasi iradənin və xalq birliyinin nəticəsi olduğunu vurğulayıb: “44 günlük Vətən müharibəsi türk qardaşlığının sarsılmaz təməl üzərində qurulduğunu bir daha sübut etdi. Bu Zəfərdə təkcə Azərbaycan deyil, Türkiyə və digər türk dövlətləri bir yumruq kimi bizimlə idi. Həm siyasi, həm də mənəvi cəhətdən həmişə yanımızda olan Türkiyə bu Zəfərin hər bir addımında öz dəstəyini göstərdi. Türk birliyi bu Qələbə ilə möhkəmləndi və bu gün onun bəhrəsini görürük”.
Türkiyənin Milli Müdafiə Universitetinin prorektoru professor Nurettin Acır çıxışında bildirib ki, bu kimi tədbirlər türk dövlətlərinin birliyini möhkəmləndirməklə yanaşı, Qarabağ Zəfərinin beynəlxalq səviyyədə tanınmasına və onun tarixi əhəmiyyətinin təbliğinə xidmət edir.
Türk dövlətləri arasında strateji əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Nurettin Acır Qarabağ Zəfərinin Türk dünyası üçün bir nümunə olduğunu deyib: “Azərbaycanın Qarabağ Zəfəri Türk dünyası üçün bir qürur mənbəyidir. Biz bu Qələbə ilə dünya siyasətində yeni bir güc balansı yaratdıq. Türk dövlətlərinin birliyi daha güclü gələcəyin təminatıdır. Bu Zəfər həm də bir sübutdur ki, türkün olduğu yerdə ədalət var, güc var, birlik var. Qarabağ Zəfəri bütün Türk dünyasının gələcəyinə ümid qapıları açdı və biz bunu birlikdə qoruyacağıq”.
Tədbirdə tələbələr “Qarabağ Zəfəri” adlı kompozisiya təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52

