/ / ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
18.06.2021 [09:10]
ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramına sənəd qəbulunun ikinci mərhələsi iyulun 1-dək davam edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hər il bu proqrama 20 tələbə qəbul edilir. Proqramın ilk tələbələri pandemiya səbəbindən təhsillərini onlayn qaydada davam etdiriblər. Lakin cari ildə iyun ayının sonundan etibarən keçən il qəbul olmuş tələbələr Vaşinqtona səfər edərək 6 ay ərzində orada təhsil alacaqlar. Bu münasibətlə ADA Universitetində Vaşinqtona yola düşəcək tələbələrlə görüş keçirilib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrlə görüşərək, onların ölkəmizin və ADA-nın adını daim yüksəklərə qaldıracaqlarına ümidvar olduğunu bildirib.
İcraçı prorektor Fariz İsmayılzadə, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, “BP Azerbaijan” şirkətinin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam da tədbirdə çıxış ediblər.
ABŞ-dakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.
Proqramın ilk tələbələrindən olan Fəridə Əliyeva proqramla bağlı fikirlərini bölüşüb: “Həm ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində, həm də keyfiyyətli təhsili ilə seçilən ADA-da oxumaq, sonda hər iki nüfuzlu təhsil müəssisəsindən diplom əldə etmək həyatda qarşıma çıxa biləcək ən böyük fürsətlərdəndir. Gəncləri bu fürsətdən yararlanmağa səsləyirəm”.
Qeyd edək ki, proqramın bütün təhsil xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Proqram barədə ətraflı məlumat üçün keçidə nəzər sala bilərsiniz: https://bit.ly/3cjgnBG
Əlavə suallarınız üçün admissions@ada.edu.az ünvanına yaza və ya (+994 50) 256 99 06 nömrəsi vasitəsilə əlaqə saxlayın.
ADA kampusunda baş tutan görüşün xülasə videosunu aşağıdakı keçid vasitəsilə siz də izləyin: https://bit.ly/3cLbzYg
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51

