Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib
08.08.2013 [10:12]
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında və Ulu öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, parkda iki fəvvarə kompleksi yaradılıb, şəlalə inşa olunub, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana və uşaq kafesi tikilib, karusel quraşdırılıb. Burada Gənclər Mərkəzi də fəaliyyət göstərir.
Parkın 5,6 hektarlıq ərazisi yaşıllaşdırılıb, dekorativ ağac və gül kolları əkilib, suvarma sistemi qurulub. Rayon sakinlərinin, o cümlədən gənclərin səmərəli istirahəti üçün burada hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Mərkəzin yerləşdiyi Heydər Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirib.
Azərbaycan Prezidenti Mərkəzdə fotoguşələrə baxıb.
Mərkəzdə Ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada Ümummilli liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunub. Nümayiş etdirilən fotolarda Ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı-ayrı məqamları geniş işıqlandırılıb. Dahi rəhbər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü, özünün də dediyi kimi, Azərbaycan xalqına bağışlayıb. Buradakı eksponatlar və fotolardan da aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifələri məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı var. Burada, həmçinin Ümummilli liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “İlk növbədə, mən sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm. Biz bayram ərəfəsində Kürdəmirdə gözəl layihənin istifadəyə verilməsini qeyd edirik. Kürdəmirə içməli suyun verilməsi artıq reallıqdır. Mənə verilən məlumata görə, artıq evlərə su verilir. Getdikcə bu layihə böyüyəcəkdir. Gələn ilin sonuna qədər Kürdəmirin su və kanalizasiya problemləri tamamilə öz həllini tapacaqdır. Bundan əvvəlki dövrdə biz çayboyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırmışıq. Otuza yaxın kəndə indi içməli suyun verilməsi təmin edilmişdir. İndi şəhərə suyun verilməsi layihəsi artıq başa çatır. Bir sözlə, Kürdəmirin su problemləri tamamilə öz həllini tapacaqdır. Bu, böyük layihədir, tarixi nailiyyətdir. Çünki nəinki Kürdəmirdə, demək olar, Azərbaycanın bütün yaşayış yerlərində içməli su problemi uzun illərdir ki, insanları narahat edirdi. Bildiyimiz kimi, Azərbaycanda su ehtiyatları o qədər də böyük deyildir. Bizim əsas mənbəmiz ölkəmizdən kənarda formalaşır. Suyun idarə edilməsi, sudan səmərəli şəkildə istifadə olunması, əlbəttə ki, müasir şəbəkənin yaradılması layihələri xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövləti bu problemi də həll edir. İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya problemləri əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrlərdə digər infrastruktur layihələri uğurla icra edilmişdir. Onların böyük əksəriyyəti demək olar ki, başa çatmışdır, o cümlədən magistral yolların tikintisi. İndi Hacıqabul-Kürdəmir avtomobil yolunun genişləndirilməsi prosesi gedir, dörd zolaqdan ibarət olacaqdır. Qazlaşdırma layihələri icra edilir. Kürdəmirdə də bu proses geniş vüsət almışdır. Təqribən 70 faiz səviyyəsində artıq qazlaşdırma təmin edilmişdir. Ancaq Kürdəmir rayonunda 100 faiz, yəni, bütün yaşayış məntəqələrində qazlaşdırma layihələri icra edilməlidir. Qazlaşdırma 100 faiz aparılacaqdır.
Kənd yollarının tikintisi gedir. Həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılır. İndi işlər gedir. Bir neçə kəndi birləşdirən yollar tikilməkdədir. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaqdır. Bu layihələrin arasında içməli su layihəsi əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti əlindən gələni edir. O cümlədən əvvəlki dövrlərdə Kürdəmirdə poliklinika, şəhər xəstəxanası təmir edilmişdir, Olimpiya Mərkəzi tikilmişdir. İndi isə su layihəsinin istismara verilməsini qeyd edirik.
İnsan amili Azərbaycanda prioritet məsələdir. Mən hələ 10 il bundan əvvəl demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində bu istiqamətdə istədiyimizə nail ola bilmişik. İnsanların rifahı artır, sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Azərbaycan əlbəttə ki, son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı üzərində qurulubdur. Ancaq buna baxmayaraq, çox güclü sosial siyasət aparılır.
Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır.
Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır.
Biz indi, əlbəttə ki, keçid dövrünü başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə, əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır. Əlbəttə ki, biz müsbət məqamları seçməliyik və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq.
Biz bunu edirik və bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Hətta son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, sosial layihə ixtisar edilmədi, əksinə, maaşlar, pensiyalar qaldırılır, sosialyönümlü investisiyalara vəsait ayrılır.
Bax, bu içməli su layihələrinin icrası böyük vəsait tələb edir. Bu vəsaitin əsas hissəsi dövlət büdcəsi hesabına təşkil edilir. Bu işlərin bir hissəsi kreditlər hesabına icra edilir, ancaq bu kreditləri də Azərbaycan dövləti qaytarmalıdır. Bir sözlə, bu layihələr sırf sosial məna daşıyır. Bu layihələrə qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla ölçüləcəkdir. Çünki biz ölkəmizin bütün su təsərrüfatını yenidən qurmalıyıq və qururuq. Buraya qoyulan investisiyalar qayıdan investisiyalar deyildir. Çünki Azərbaycanda suya olan dövlət tarifləri çox aşağıdır və qoyulan investisiyaları əhalidən yığılan tariflər hesabına qaytarmaq mümkün olmayacaqdır. Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri daşıyır. Amma Azərbaycanda infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Avtomobil yolları, qazlaşdırma, su layihələri, kənd yolları - bunları dövlət insanların rahat, normal yaşaması üçün edir.
Çox şadam ki, Kürdəmir şəhərində də bu layihə artıq istismara verilir. Kürdəmirin inkişafı daim diqqət mərkəzindədir. Bayaq qeyd etdiyim kimi, burada əvvəlki illərdə dövlət tərəfindən dəstək olmuşdur, layihələr icra edilmişdir, sosial obyektlər, gözəl Heydər Əliyev Mərkəzi tikilmişdir. Bu, doğrudan da mərkəzdir. Burada müxtəlif tədbirlər keçiriləcəkdir. Eyni zamanda, Kürdəmirdə iş yerlərinin açılması ilə bağlı işlər görülür. Bu gün südçülük, heyvandarlıq ferması ilə tanış olacağam. Yəni, rayonun hərtərəfli inkişafı artıq reallıqdır. Bu yüksək templəri biz gələcək illərdə saxlamalıyıq ki, Kürdəmir daha da sürətlə inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar”.
Sonra Kürdəmir ictimaiyyəti adından rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov çıxış edərək rayonda görülən quruculuq-abadlıq işlərinə görə dövlət başçısına minnətdarlıq bildirib.
Prezident İlham Əliyev: “Sağ olun! Biz hələ çox iş görməliyik. Gələcəkdə görüləsi işlər çoxdur. Ancaq son illər ərzində doğrudan da, böyük işlər görülmüşdür. Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Bölgədə Azərbaycanın mövqeyindən çox şey asılıdır. Bütün bu qazanılmış uğurlar Azərbaycan xalqının istedadı, zəhməti hesabına qazanılıbdır. Çünki 20 il bundan əvvəl biz müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı xatırlayırıq.
O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi. Azərbaycan demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi. Bu gün açdığımız Heydər Əliyev Mərkəzində o illərin şəkilləri əks olunub. Doğrudan da, o illər, xüsusilə 1993-cü il həlledici il olmuşdur. O ildə Azərbaycanın taleyi həll olunurdu. Xoşbəxtlikdən Ulu öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqın Ona olan inamı Azərbaycanı bu bəlalardan qurtardı və 20 il ərzində biz inkişaf yolu ilə gedirik.
Bu gün Azərbaycan dünya xəritəsində nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə, həm bölgədə, eyni zamanda, ölkə daxilində çox müsbət istiqamətdə inkişaf edir, irəliyə gedir. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
İyirmi ildir ki, Azərbaycanda sabitlik, ictimai asayiş qorunur, möhkəmlənir. Yəni, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir, əmin-amanlıqdır, təhlükəsizlikdir.
Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar, qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin həllində ölkəmizi gücləndirir.
Bu gün Azərbaycan tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaratmışdır. Bu gün Azərbaycan dünya miqyasında ən yüksək reytinqlərə malikdir. Biz dünyanın aparıcı ölkələri sırasındayıq, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdəyik. Bu, böyük nailiyyətdir.
Ölkədə quruculuq, abadlıq işləri çox gözəl bir ab-hava yaradıb. Yəni, mən bölgələrdə tez-tez oluram. Kürdəmir rayonunda da bir neçə dəfə olmuşam. Vəziyyətlə tanış oluram və görürəm ki, hər bir rayonda belə quruculuğa, inkişafa olan istək, meyil çox güclüdür. Elə bil ki, rayonlar bir-biri ilə yarışa çıxıblar və bu, sağlam rəqabətdir. Bu, məni çox sevindirir. Bölgələr, rayonlar, şəhərlər abadlaşır. İndi Kürdəmir əvvəlki kimi deyildir, inkişaf edib, gözəlləşib və daha da gözəl olacaqdır. Yəni, ölkəmizin təcrübəsi hesab edirəm ki, keçid dövründə yaşayan ölkələr üçün də vacibdir.
İstənilən sahədə - iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən proseslər, birlik, həmrəylik, milli-dini tolerantlıq. Yəni, biz bir çox məsələlərlə bağlı nümunə göstəririk. Ancaq yenə də deyirəm ki, bizim əsas məqsədimiz ondan ibarət deyildir. Əsas məqsədimiz ölkəmizi gücləndirmək, insanların yaxşı, normal yaşamasını təmin etməkdir. Əlbəttə ki, bu layihələrin, məqsədlərin arasında bax, bu gün qeyd etdiyimiz layihə xüsusi yer tutur. Əminəm ki, Kürdəmirdə bundan sonra da böyük işlər görüləcəkdir. Biz hələ sizinlə görüşəcəyik, böyük açılışlar olacaqdır. Bütün işlər Azərbaycanda həmişə olduğu kimi, yaxşı olacaqdır”.
* * *
Sonra dövlətimizin başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”nı, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı”nı və Külüllü su mənbəyində görülən işləri əks etdirən stendlərə baxıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında Prezident İlham Əliyevə məlumat verib.
Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verib.
* * *
Avqustun 7-də Kürdəmir rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin iyulunda sona çatdırılıb. Müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Sahəsi 4 min kvadratmetr olan ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binanın interyeri yüksək zövqlə tərtib olunub, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada ümumilikdə 30 iş otağı var.
Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı akt zalına da baxıb.
Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olub. Mərkəzdə kənd icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, bu zal da bütün lazımi inventar və avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində heyvandarlıq və süd kompleksi ilə tanış olub.
“Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına məlumat verib ki, kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanılıb, bu ilin əvvəlində sona çatdırılıb. Kompleks Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlar səviyyəsində inşa edilib. Müəssisənin tərkibinə süd emalı zavodu və 500 başlıq heyvandarlıq kompleksi daxildir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq istifadəyə verilmiş kompleksin ümumi dəyəri 12,6 milyon manatdır. Kompleksin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 3,2 milyon manat güzəştli kredit ayrılıb.
Prezident İlham Əliyev kompleksin süd emalı zavodu ilə yaxından tanış olub.
Sonra Azərbaycan Prezidenti süd emalı prosesini izləyib.
Prezident İlham Əliyev süd emalı zavodunun fəaliyyəti ilə tanışlıqdan sonra kompleksin yeni qablaşdırma sahəsini işə salan düyməni basıb.
Dövlətimizin başçısı süd zavodunun fəaliyyətini əks etdirən filmə və sxemə baxıb.
Burada Prezident İlham Əliyevə Kürdəmirdə və ölkənin digər rayonlarında heyvandarlığın inkişafı ilə bağlı sxemlər təqdim olunub.
Sonra Prezident İlham Əliyev heyvandarlıq ferması və buzovların saxlanma şəraiti ilə tanış olub.
Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, tətbiq olunan müasir texnologiyaların istifadəsi, cins heyvanların xüsusiyyətləri nəzərə alınmaqla yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçib. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

