35 il əvvəl....
22.07.2025 [07:14]
1990-cı ilin 22 iyulu olmasaydı...
Böyük zəfərlər yolunun başlanğıcı
Azərbaycanın qurucusu və xilaskarı olan Ulu Öndər Heydər Əliyev tarixin müxtəlif dönəmlərində respublikamızın və xalqımızın taleyində müstəsna önəm daşıyan addımlar atıb, qərarlar verib. Vətənin, xalqın ən çətin dönəmlərində nicat yolu arayıb tapmaq bu böyük şəxsiyyətin sanki bir alın yazısı idi.
Heydər Əliyevin tarixin bu günündə - 1990-cı il iyulun 22-də qədim diyara-Naxçıvana gəlişi də bir qurtuluş məqamı idi. Həm də yalnız Naxçıvan deyil, bütün Azərbaycan üçün xilas məqamı. İnkarolunmaz həqiqət odur ki, əgər Ulu Öndərin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı olmasaydı, respublikamızın bugünkü yüksəlişinə, tarix zəfərlərimizə, işğaldan azad olunmuş ərazilərimizin böyük əzmlə bərpasına və yenidən qurulmasına da şahidlik etməyəcəkdik. Respublikamızın xilası, müstəqilliyimizin qorunması, eyni zamanda, bugünkü uğurlarımız məhz Heydər Əliyevin bəhs olunan tarixdə Naxçıvana dönuşü ilə başlayıb. Bu qayıdış böyük yolumuzun başlanğıcıdır.
Keçmiş ittifaq rəhbərliyinin qərəzi, Bakıda naxələflərin iç üzü
Ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş ittifaq məkanında geriyə dönüşü olmayan proseslər izlənilirdı. Rejim üçün ənənəvi olmayan bu proseslər fonunda müəyyən qüvvələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən M.Qorbaçova bir “Heydər Əliyev fobiyası” hakim kəsilmişdi ki, bu da təsadüfi deyildi. M.Qorbaçov bütün ittifaq miqyasında böyük nüfuza malik siyasət nəhəngi Heydər Əliyevi özü üçün bacara bilməyəcəyi rəqib qismində dəyərləndirir və Onun Kremldən getməsi üçün əlindən gələn hər şeyi etməyə çalışırdı.
Təbii ki, aparılan siyasət təmiz və vicdanlı kadr olan Heydər Əliyevi qane edə bilməzdi. O, götürülən siyasi kursa etirazlarını SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya verməklə ifadə etdi.
1990-cı ildə baş verən 20 Yanvar faciəsi M.Qorbaçovun rəhbərliyi altında mərkəzi hakimiyyətin Azərbaycana qarşı repressiv siyasətinin sonu deyildi. Heydər Əliyev müxtəlif kanallardan Kremldə respublikamıza qarşı daha müdhiş planlar hazırlandığı barədə məlumatlar almışdı. Buna görə də O, Azərbaycana qarşı hazırlanan məkrli planların qarşısını almaqdan ötrü həmin çətin vaxtlarda xalqı ilə bir yerdə olmağa qərar vermişdi. Elə Onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni - M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi.
1990-cı il iyulun 20-də Bakıya gələn Heydər Əliyevin paytaxtda qalması əngəlləndi. Buna səbəb isə Azərbaycanın o vaxtkı rəhbərliyinin isterikası idi. Respublika rəhbərliyində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər Heydər Əliyevin Bakıya qayıtması ilə onlara etimadın azalacağını düşünürdülər. Naxələflər vəzifələrini qorumaq hərisliyi ucbatından Heydər Əliyevin Bakıda qalmasını əngəllədilər.
“Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”
Bakıda qalmaq mümkün olmadıqda O, xoş xatirələri dolaşan Naxçıvana üz tutdu. Doğma diyar təyyarə ilə Naxçıvana gələn Heydər Əliyevi duz-çörəklə qarşıladı. O, bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. İzdiham o qədər sıx idi ki, Heydər Əliyevin kürsüyə qalxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qalmışdı. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını sürəkli alqışlarla qarşıladı. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi. Sonralar Heydər Əliyev Naxçıvan sakinləri ilə görüşü barədə xatirələrini bölüşərək belə deyirdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilməsə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Azərbaycanın keçmiş “kommunist rejimi” kimi, 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı da Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bərk əndişələnirdi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Lakin bu cəhdin də qarşısı qətiyyətlə alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”
Naxçıvanda başlayan, bütün Azərbaycan miqyasında davam edən xilaskarlıq missiyası
Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
O dövrdə Heydər Əliyevin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.
Xalqla həmrəylik şəraitində Naxçıvanı xilas edən Heydər Əliyev növbəti mərhələdə - 1993-cü ildən sonra xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev aldığı müdrik qərarlarla xaosa, anarxiyaya, iqtisadi tənəzzülə son qoydu və Azərbaycan inkişafa istiqamətləndi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

