Zəngəzur: Tək yol deyil, yeni dövrün başlanğıcıdır
09.08.2025 [14:43]
Azərbaycanın geosiyasi uğuru və yeni regional reallıqlar
Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, liderlər səviyyəsində bu niyyətin açıq şəkildə bəyan edilməsi yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. ABŞ-ın Cənubi Qafqazda aktivləşməsi və Azərbaycanla daha dərin əməkdaşlığa getməsi, regionda mövcud olan güc balansını dəyişdirməyə qadirdir.
ABŞ üçün Azərbaycan təkcə enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də Çin–Avropa Orta Dəhlizində əsas tranzit ölkəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi yalnız regional layihə kimi yox, həm də qlobal geosiyasi aktorların maraq dairəsinə daxil olan strateji arteriya kimi dəyərləndirilir.
Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonlarını Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirən vacib nəqliyyat xəttidir. Bu layihə Azərbaycanın Orta Dəhlizdəki rolunu gücləndirməklə yanaşı, regiondakı logistik üstünlüyünü daha da artırır. Beləliklə, Zəngəzur dəhlizi nəinki Bakı və Ankara üçün, həm də ABŞ üçün strateji prioritetlər sırasında yer almağa başlayır.
Təhlükəsizlik zəmanəti və yeni cazibə mərkəzi
Zəngəzur dəhlizində ABŞ-ın iştirakı layihənin sabit və davamlı şəkildə işləməsi üçün təhlükəsizlik zəmanəti yaradır. Bu, həm regional aktorlar, həm də xarici investorlar üçün ciddi siqnaldır. Bu reallıq, xüsusilə iki regional oyunçunun narahatlığını artırır: İran və Rusiya.
İran uzun illərdir ki, Cənubi Qafqazda baş verən prosesləri öz milli təhlükəsizliyi üçün kritik məqam kimi qiymətləndirir. Zəngəzur dəhlizinin açılması, xüsusilə də bu prosesdə ABŞ və Qərbin fəal iştirakının təmin olunması Tehran üçün qəbulolunmaz reallıq kimi görünür. SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) vasitəsilə regiondakı təsir dairəsini qorumağa çalışan İran indi bu "qırmızı xətlərin" effektivliyini itirdiyini müşahidə edir.
Əgər Zəngəzur dəhlizində ABŞ-ın iştirakı reallaşarsa, Tehranın ritorikadan konkret addımlara keçməsi onu daha da təcrid edə bilər. Xüsusilə iqtisadi böhran, daxili siyasi qeyri-sabitlik və Qərb sanksiyaları fonunda İranın Cənubi Qafqazda aqressiv davranış nümayiş etdirmək imkanları getdikcə məhdudlaşır. Bu səbəbdən İranın güc strukturları ABŞ-la gizli danışıqlar aparmağa, yeni status-kvonu qəbul etməyə məcbur qala bilərlər.
Zəngəzur Dəhlizi – Qlobal layihəyə çevrilən regional inkişaf marşrutu
Bu gün Zəngəzur dəhlizi artıq yalnız Azərbaycan-Ermənistan münasibətləri və ya Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində dəyərləndirilmir. Dəhliz Orta Dəhlizin "ürəyi", Şərqlə Qərbi birləşdirən əsas logistik arteriya kimi formalaşmaqdadır. ABŞ və digər beynəlxalq güclərin layihəyə maraq göstərməsi onu həm geosiyasi, həm də iqtisadi baxımdan çoxmillətli və strateji xarakterli bir platformaya çevirir. ABŞ-la əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir və onu regional logistik qovşağa çevirir.
Sülh müqaviləsinin paraflanması: Dezinformasiya cəbhəsində qələbə
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərgin münasibətlərin sülh müqaviləsinin paraflanması ilə yeni mərhələyə keçməsi təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi əhəmiyyət daşıyır. Bu sənədin imzalanması ilə Azərbaycan həm strateji, həm diplomatik, həm də informasiya cəbhəsində mühüm qələbə qazanmış oldu.
Son illər bəzi xarici dairələr Azərbaycanın guya Zəngəzura qarşı hərbi planlar qurduğunu, Ermənistanı təhdid etdiyini iddia edir, "Azərbaycan sabah Zəngəzuru tutacaq" kimi təxribatçı şüarlar səsləndirirdilər. Lakin sülh müqaviləsinin paraflanması bu iddiaların əsassız olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqdir və bütün məsələlərin siyasi-diplomatik yollarla həllində maraqlıdır. Bu yanaşma, Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirməklə yanaşı, onu müharibədə olduğu kimi sülhdə də qalib olan ölkə kimi təqdim edir.
Diplomatiyanın və liderliyin zəfəri
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsü yalnız nəqliyyat layihəsi deyil, postmünaqişə dövrünün yeni geosiyasi düzənini formalaşdıran vizyonun tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın məqsədi birmənalı idi. 10 noyabr 2020-ci il bəyanatında yer alan öhdəliklərə əməl olunmalı, bölgədə balanslı və qarşılıqlı hüquqlar təmin edilməliydi. Ermənistan isə məsələnin gündəlikdən çıxacağını, Azərbaycanın bu məsələyə artıq önəm verməyəcəyini düşünürdü. Hətta "Sülh kəsişməsi" adlı utopik layihə irəli sürülərək prosesi uzatmaq və beynəlxalq diqqəti yayındırmaq cəhdləri də edildi. Lakin bu layihə real texniki və hüquqi bazadan məhrum olduğu üçün nə region, nə də beynəlxalq güclər tərəfindən ciddiyə alınmadı.
Azərbaycan isə bütün bu illər ərzində aydın, prinsipial və ardıcıl diplomatik kurs yürüdərək məqsədinə çatdı. Artıq “Tramp yolu” adlandırılsa da, bütün tərəflər anlayır ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir və Azərbaycanın uzun müddət təkid etdiyi maneəsiz gediş prinsipi reallığa çevrilməkdədir.
Yeni dövr başlayır
Zəngəzur dəhlizi layihəsi bu gün Azərbaycanın siyasi uzaqgörənliyi və liderlik keyfiyyətlərinin konkret nəticəsidir. Layihənin reallaşması təkcə Azərbaycanın deyil, bütün regionun geoiqtisadi xəritəsini dəyişdirəcək, bölgəni yeni əməkdaşlıq imkanlarına açacaq. Azərbaycan sülh və sabitlik xəttini davam etdirərək yalnız müharibədə deyil, sülh diplomatiyasında da qalib olduğunu bir daha sübut etdi. Zəngəzur dəhlizi artıq söz yox, fakt səviyyəsindədir. Bu isə regionda tamamilə yeni bir dövrün başlandığını göstərir.
Elşən YƏHYAYEV,
Yeniazerbaycan.com saytının redaktoru
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

