Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirini qəbul edib

28.04.2015 [09:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının Baş naziri Cozef Muskatı qəbul edib.
Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Baş nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını deyib.
Malta Respublikasının Baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirib.
Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30