Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü
14.06.2015 [09:42]
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini qarşıladı.
Görüşdə Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Vladimir Vladimiroviç.
İcazə verin, Sizi yenidən Azərbaycana gəlməyiniz münasibətilə ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz!
Dünən Rusiya milli bayramını qeyd edirdi. Bununla əlaqədar icazə verin, bir daha Sizi və bütün Rusiya xalqını səmimi qəlbdən təbrik edim. Qeyd edim ki, belə bir bayram günündə Sizin buraya gəlməyinizə Azərbaycanda böyük əhəmiyyət veririk. Biz bunu dövlətlərimiz arasında dostluğun və yüksək səviyyəli əməkdaşlığın təcəssümü kimi qiymətləndiririk. Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Həmçinin bizim nazirlər müxtəlif səviyyədə görüşlər keçirir və müzakirələr aparırlar. Bütün istiqamətlərdə fəal dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var. Dünyada iqtisadiyyatın çətinliklərinə baxmayaraq, biz iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq potensialımızı artırırıq. Deyərdim ki, humanitar sahədə də bizim əlaqələrimiz nümunəvidir və biz öz uğurlarımızı inkişaf etdiririk. Başqa sözlə, ölkələrimiz arasında münasibətlərin mümkün səviyyəsi əlaqələrimizi daha da inkişaf etdirməyə və gələcəyə nikbin baxmağa imkan verir. Bir daha Azərbaycana xoş gəlmisiniz!
X X X
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Mən də öz tərəfimdən Sizi dünən reallaşan tarixi hadisə - ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edirəm. Bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla, ləyaqətlə çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb.
Mən Sizin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi, dövlətlərarası əlaqələr barədə fikirlərinizlə tam razıyam. Sevindirici haldır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Keçən il artım 12 faizdən çox olub və bu ilin birinci yarısında təxminən 6 faiz təşkil edib. Bütövlükdə bu, onu göstərir ki, azərbaycanlı sahibkarlar bizim mövcud bazarlardakı, o cümlədən ərzaq bazarındakı imkanlardan mümkün qədər daha səmərəli istifadə edirlər. Bu da bizi çox sevindirir. Fikrimcə, əgər bu əməkdaşlıq genişlənərsə, vəziyyət daha yaxşı olacaq. Bu, bizim maraqlarımıza uyğundur. Zənnimcə, biz münasibətlərimizi daha da şaxələndirməliyik. Bunun üçün bütün imkanlar var. Əminəm ki, bütün bu tədbirlər öz müsbət nəticələrini verəcək. Dəvətə görə təşəkkürümü bildirirəm.
X X X
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar etdilər.
Sonra Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya dövlətinin başçısı Vladimir Putinlə çay süfrəsi arxasında səmimi söhbət etdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putini yola saldılar.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

