/ / Birinci Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyevə qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib
Birinci Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyevə qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib
14.06.2015 [10:05]
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri ilk Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən karate yarışlarının gedişini izləyiblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri əvvəlcə karatenin kumite növü üzrə yarışları izlədilər.
60 kiloqram çəki dərəcəsində də yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçdi. Bu çəki dərəcəsində yarışan Azərbaycan karateçisi Firdovsi Fərzəliyevin finalda rəqibi İtaliya idmançısı Luka Maresku idi. Görüşü tam üstünlüklə keçirən həmyerlimiz mübarizənin başa çatmasına təqribən 2 dəqiqə qalmış 2:0 hesabı ilə irəli çıxdı. Firdovsi Fərzəliyev görüşün qalan 1 dəqiqəsində daha iki dəfə fərqləndi və 4:0 hesabı ilə qələbə qazanaraq çempion adına layiq görüldü. Xatırladaq ki, idmançımız ilk görüşdə ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub etmişdi. O, ikinci görüşündə sonradan finalda rəqibi olacaq İtaliya idmançısı Luka Mareskudan 4:2 hesabı ilə üstün olub. Karateçimiz növbəti görüşündə albaniyalı Halil Marqeşə 6:0 hesabı ilə tam üstünlüklə qalib gəlib. Digər qrupda ikinci yer tutan makedoniyalı Emin Pavlovla görüşün gedişində 2:4 hesabı ilə geridə olan idmançımız sonra daha inamla yarışıb və mübarizəni təmiz qələbə ilə başa çatdıraraq finala vəsiqə qazanıb. Həlledici görüşdə yenidən İtaliya idmançısı Luka Mareskuya qalib gələn Firdovsi Fərzəliyev karate üzrə 60 kiloqram çəki dərəcəsində birinci Avropa Oyunlarının çempionu adını qazandı.
Sonra mükafatlandırılma mərasimi oldu. Birinci Avropa Oyunlarının medallarını Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.
Azərbaycanın dövlət himni səsləndi. Dövlət bayrağımız qaldırıldı.
Daha bir idmançımız Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə yarışlarda final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirdi. Həmyerlimiz görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazandı.
Rəfael Ağayev ilk görüşdə ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançımız ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksəlib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edib. Final görüşünü də uğurla keçirən karateçimiz qızıl medal qazanıb.
Sonra bu çəki dərəcəsində də mükafatlandırılma mərasimi oldu.
Qaliblərə medalları “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim etdi.
Azərbaycanın dövlət himni səsləndi. Dövlət bayrağımız qaldırıldı.
67 kiloqram çəki dərəcəsində yarışan karateçimiz Niyazi Əliyev isə 3-cü yer uğrunda mübarizədə almaniyalı Rikardo Qiqlerlə qarşılaşdı. Atletimizin üstünlüyü ilə keçən görüşdə Azərbaycan karateçisi 3:1 hesabı ilə qalib gələrək bürünc medalın sahibi oldu. Bu çəki dərəcəsində mükafatlandırılma mərasimi keçirildi.
Karate yarışlarında daha bir medalı qadın idmançımız İlahə Qasımova qazanıb. O, 55 kiloqram çəki dərəcəsində 3-cü yer uğrunda mübarizədə ispaniyalı Kristina Ferrer Qarsianı 5:2 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
İlahə Qasımova Azərbaycan milli komandasının birinci Avropa Oyunlarında ilk medal qazanan karateçisidir.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16

