Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantikanı qəbul edib

Prezident İlham Əliyev İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantikanı qəbul edib

04.03.2009 [17:00]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İtaliya xarici işlər nazirinin müavini, senator Alfredo Mantikanı qəbul edib. Alfredo Mantika İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı hökumət başçısı ilə keçirdiyi görüşün və aparılan səmərəli danışıqların iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin salamlarına görə minnətdarlığını bildirib, özünün də salamlarını ona çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1548 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30