Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Azərbaycanın qadın voleybolçularının İtaliya millisi ilə oyununa baxıb

Prezident İlham Əliyev Azərbaycanın qadın voleybolçularının İtaliya millisi ilə oyununa baxıb

18.06.2015 [09:38]

İyunun 17-də Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının növbəti oyunları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadınlardan ibarət Azərbaycan yığmasının İtaliya millisi ilə keçirdiyi görüşü izləyiblər.
“A” qrupunda yer alan Azərbaycan yığması İtaliya millisi ilə keçirdiyi görüşün birinci setində 25:22 hesabı ilə qalib gəlib. İkinci setdə 25:20 hesabı ilə rəqiblərindən üstün olan voleybolçularımız üçüncü setdə italiyalılara 22:25 hesabı ilə məğlub olublar. Görüşün taleyi dördüncü setdə həll olunub. Bu seti Azərbaycan yığması 25:22 hesabı ilə qalib başa vurub.
Xatırladaq ki, ilk qarşılaşmasını Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub ediblər.

 
Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31