İlk Avropa Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb
19.06.2015 [09:32]
Prezident İlham Əliyev qızıl medalı qalib idmançıya təqdim edib
İyunun 18-də keçirilən taekvondo yarışlarında iki idmançımız fərqlənib. Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova isə gümüş medalın sahibi olublar. Bununla da birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 12-yə çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da keçirilən yarışlarda idmançılarımızın final qarşılaşmalarını izləyiblər.
Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. İlk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələn və bu görüşdən qələbə ilə ayrılan Harçeqani dörddə bir finalda Böyük Britaniya idmançısı Muhammed Lutalonu 17:5 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə döyüşüb və 6:2 hesabı ilə qalib gələrək finala çıxıb. Finalda rəqibi Rusiya idmançısı Albert Quanı 9:4 hesabı ilə məğlub edən Milad Beiqi Harçeqani birinci Avropa Oyunlarının növbəti çempionu olub.
Sonra mükafatlandırma mərasimi olub.
Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib.
Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səslənib, dövlət bayrağı ucaldılıb.
Qadınlar arasında 67 kiloqram çəkidə dünya çempionumuz Fəridə Əzizova isə birinci Avropa Oyunlarında ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. Bu qarşılaşma idmançımızın qələbəsi ilə yekunlaşıb - 2:0. Taekvondoçumuz dörddə bir finalda türkiyəli Nur Tatarı 6:2 hesabı ilə məğlub edib. Fəridə Əzizova finala gedən yolda isveçli Elin Yohanssonla qarşılaşıb və rəqibinə 4:2 hesabı ilə qalib gəlib. Finalda Rusiya idmançısı Anastasiya Barişnikovaya məğlub olan Fəridə Əzizova bununla birinci Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

