Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edir
11.04.2009 [15:00]
Prezident Viktor Yuşşenko: Aramızdakı etimad elə səviyyədədir ki, qarşılıqlı milli dövlət siyasətini - bu və digər millət üçün səciyyəvi olan həssas məsələlərə çox həssaslıqla reaksiya verən siyasəti qurmağa imkan verir
Xəbər verdiyimiz kimi, aprelin 9-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Ukrayna Prezidenti Viktor Yuşşenkonun və xanımı Katerina Yuşşenkonun şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, keçirilmiş görüşlər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf yolları haqqında çox geniş müzakirələr aparılıb və belə bir ümumi qənaətə gəlinib ki, ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlığın potensialı fəal surətdə inkişaf etdirilməli və artırılmaıdır: “Bu gün bizim fəal müzakirə etdiyimiz məsələlər arasında qarşılıqlı siyasi əlaqələr, bu əlaqələrin dərinləşdirilməsi, iqtisadi kooperasiya, enerji təhlükəsizliyi, nəqliyyat məsələləri, sənayenin inkişafı, hərbi-texniki əməkdaşlıq və humanitar sahə ilə bağlı məsələlər vardır. Yəni, bizim gündəliyimiz çox genişdir. Hər bir istiqamət üzrə konkret fəaliyyət planı var və bu gün artıq o, qarşıdakı iki ildə Ukrayna ilə Azərbaycan arasında birgə tədbirlər planının, “yol xəritəsinin” imzalanması ilə hüquqi cəhətdən rəsmiləşdirildi. Orada bizim fəal əməkdaşlıq edəcəyimiz bütün istiqamətlər, qərarların yerinə yetirilməsinin konkret müddətləri, konkret qrafiki göstərilmişdir”.
Dövlət başçısı vurğulayıb ki, hər bir ölkənin enerji təhlükəsizliyi yüksək diqqət yetirilən məsələdir: “Azərbaycan regionun, Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə çalışır və inanıram ki, ötən illərdə bizim irəli sürdüyümüz və hazırda uğurla həyata keçirilən təşəbbüslər, habelə indi münasibətlərimizin ikitərəfli formatında fəal müzakirə etdiyimiz təşəbbüslər həyata keçirildiyi təqdirdə enerji bazarında vəziyyətin proqnozlaşdırılmasına, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların uzunmüddətli əməkdaşlığa əmin olmasına kömək edəcək. Bu gün biz enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsi baxımından ölkələrimiz üçün müstəsna əhəmiyyəti olan Odessa-Brodı-Plotsk-Qdansk layihəsini ətraflı müzakirə etdik. Təbii ki, neft və qaz hasil edən ölkə kimi Azərbaycan bazarların şaxələndirilməsində öz maraqlarını görür. Buna görə də Odessa-Brodı-Plotsk-Qdansk layihəsi bizim üçün böyük maraq doğurur. Əlbəttə, tranzit ölkələr və istehlakçı ölkələr xammal mənbələrinin şaxələndirilməsinin müsbət cəhətlərini görürlər və bu da tamamilə məntiqə uyğundur. Ona görə də bu istiqamətdə səylərin birləşdirilməsi və əlaqələndirilməsi, maraqların birləşdirilməsi uğurun rəhnidir”.
“Bizim tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə qayğıkeş münasibət ölkələrimizi səciyyələndirən cəhətlərdir”, deyən Prezident İlham Əliyev söyləyib ki, Ukrayna xalqının böyük oğlu Taras Şevçenkonun Bakıda abidəsini birlikdə açdığımız günü çox səmimi hisslərlə xatırlayıram: “Bu abidənin qoyulduğu bağça indi Bakının ən gözəl guşələrindən birinə, Ukrayna diasporu nümayəndələrinin və Bakı sakinlərinin toplaşdığı yerə çevrilmişdir. Bu cür misallardan çox göstərmək olar. Başlıcası odur ki, gələcəkdə biz bu sahəni heç vaxt unutmayaq. ölkələrimizin suverenliyini möhkəmlətmək və bir neçə əsr irəlicədən müstəqil inkişafımızı təmin etmək üçün, ölkələrimiz üçün, əlbəttə, mühüm olan iqtisadi, siyasi layihələrin, energetika layihələrinin əhəmiyyəti arxasında biz həmişə yadda saxlamalıyıq ki, ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdıran nədir”.
Ukrayna Prezidenti Viktor Yuşşenko isə vurğulayıb ki, “mən fəxr edirəm ki, iki il tamam olmamış biz AANND adlanan layihənin sonuncu mərhələsinə çatmışıq”. Prezident Viktor Yuşşenko diqqətə çatdırırb ki, 18 ay əvvəl beş prezident ilk addım kimi, siyasi saziş imzalayıb: “İndi isə deyirik ki, on iki gündən sonra “Novaya Sarmatiya” müştərək müəssisəsinin Varşavada keçiriləcək iclasında bu layihəyə dair texniki-iqtisadi əsaslandırma qəbul ediləcəkdir. Beləliklə, asan olmayan layihənin siyasi niyyətdən reallaşdırılmayadək yolunda nöqtə qoyulur. Ona görə asan layihə deyil ki, siyasət olmasaydı, bu layihə çoxdan həyata keçirilərdi.
Lakin təəssüf ki, energetika sahəsində münasibətlərdən danışanda çox sərtləşən siyasət bu layihənin həyata keçirilməsində tez-tez ciddi əngələ, bizdən asılı olmayan əngələ çevrilirdi. Biz cənab Prezidentlə başa düşürük ki, bu cür layihə bir aya və hətta bir ilə də ərsəyə gəlmir. Düşünürəm, 24 ay ərzində bu layihənin reallaşdırılmasına yaxınlaşa biləcəyimiz gözəl nəticədir. Biz danışmışıq və Klaypedadan İlyiçevskə konteyner daşımalarını uğurla təmin edən “Vikinq” layihəsi üzrə təşəbbüsü əslində dürüstləşdirmişik. İnişil İlyiçevskdən bu marşrutu Potiyədək, Batumiyədək davam etdirdik, bu il Kerçdən Potiyə, Batumiyədək davam etdirəcəyik. Bu gün biz razılığa gəldik ki, bu tranzit layihəsi Gürcüstan-Azərbaycan-Qazaxıstan, Poti-Batumi-Bakı-Almatı tranzit layihəsi ilə ahəngdarlığını tapacaqdır”.
“Bizim siyasətçilərimiz arasında, biznesmenlərimiz arasında, insanlarımız arasında münasibətlərin gözəl tarixi var və buna görə də biz əlaqələrimizdə insani səviyyədə münasibətlərə xüsusi yer veririk”, - deyən Prezident Viktor Yuşşenko bildirib ki, insanlarımız arasında, xalqlarımız arasında münasibətlərin gözəl ənənəsi var: “Aramızdakı etimad elə səviyyədədir ki, qarşılıqlı milli dövlət siyasətini - bu və digər millət üçün səciyyəvi olan həssas məsələlərə çox həssaslıqla reaksiya verən siyasəti qurmağa imkan verir. Mən nəyi nəzərdə tuturam? Onu nəzərdə tuturam ki, Dağlıq Qarabağda siyasətdən, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul olunan məsələlərdən söhbət gedəndə, Ukrayna dost Azərbaycanı bu məsələdə dəstəkləməkdən başqa ayrı bir variantın olması barədə heç düşünmədi də”.
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23

