Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi işinə yeni töhfə
11.07.2009 [10:07]
Dünən “Hyatt Regency” mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tarixin ən böyük azərbaycanlısı, ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuş “Sabaha doğru” (Azərbaycan, ingilis və rus dillərində) kitabının təqdimatı olub.
Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi elmi-redaksiya şurasının sədri, akademik Asəf Nadirov, kinorejissor, xalq artisti Tofiq İsmayılov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov və başqaları çıxış ediblər. Natiqlər Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikada milli-mənəvi dəyərlərin qorunması, iqtisadiyyatın, elmin, təhsilin, səhiyyənin inkişafı və insanların rifah halının yaxşılaşdırılmasında, ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsində, beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışıb, Onun nurlu ideyalarının ölkəmizin parlaq gələcəyinə yönəldiyini vurğulayıblar. Bildirilib ki, “Sabaha doğru” kitabına ümummilli lider Heydər Əliyevin və bu dahi şəxsiyyətin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin çıxışları daxil edilib. Nəşrə rəmzi olaraq məhz 40 çıxış salınıb. Bu çıxışların hər biri Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, ölkənin taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, kitaba daxil edilən çıxışlar ümummilli liderimizin fəaliyyətinin ən müxtəlif aspektlərini - andiçmə mərasimləri, xarici və daxili siyasət, Qarabağ müharibəsi, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və digər sahələri əhatə edir.
çıxış edənlər bildiriblər ki, bu gün Heydər Əliyev kursu yaşayır və qalib gəlir. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə təsdiqləyir ki, Heydər Əliyev siyasəti, Heydər Əliyev yolu bu gün yeganə düzgün yoldur. Dövlətimizin başçısının kitaba daxil edilən çıxışları da bir daha göstərir ki, siyasətdə varislik davam edir.
Tədqiqatçılar, politoloqlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və nəfis şəkildə tərtib edilmiş kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00

