Bakı şəhərinin, digər şəhər və rayonların abadlıq işlərinə bundan sonra da diqqət göstəriləcək
01.08.2009 [10:14]
Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir çox məsələlərlə yanaşı, respublikada həyata keçirilən tikinti-quruculuq işlərinə də toxunub. Qeyd edək ki, daim diqqət mərkəzində saxlanılan bu sahəyə dövlət büdcəsindən hər il böyük miqdarda vəsait ayrılır. ötən illərdə olduğu kimi, bu il də yeni layihələr əsasında yüzlərlə məktəb, tibb ocaqları, olimpiya-idman kompleksləri və əhaliyə xidmət göstərən digər obyektlər tikilib istifadəyə verilir. Təqdirəlayiq haldır ki, qlobal iqtisadi böhranın geniş vüsət aldığı bir çox ölkələrdə, o cümlədən, qonşu respublikalarda tikinti sahəsində işlərin dayandığı, hətta tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda bu sahə əvvəlki templə inkişaf edir. İcrasına başlanılan layihələr uğurla həyata keçirilməklə yanaşı, tikinti-quruculuq işləri bundan sonra da davam etdiriləcək. Sözügedən iclasdakı çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə də toxunub: “Növbəti aylarda bütün digər sosial məsələlər, mədəniyyət, idman obyektlərinin tikintisi davam etməlidir. Yeni olimpiya komplekslərinin tikintisi nəzərdə tutulur. Muzeylər, teatrlar təmir edilir, bu sahə də həmişə diqqət mərkəzindədir. Yolların tikintisi uğurla gedir. Həm magistral yollar, həm şəhərlərarası yollar. Bakının nəqliyyat problemlərinin həlli üçün Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər öz həllini tapır və görülən tədbirlər nəticəsində, demək olar, tıxac probleminin həllində də uğurlar qazana bilmişik”.
Magistral yolların təmiri və bərpası ölkədaxili daşımaları xeyli asanlaşdırır. Yeni salınan yol qovşaqları, körpülər həm yüksək keyfiyyətinə görə beynəlxalq standartlara cavab verir, həm də gözəl görünüşü ilə insanların zövqünü oxşayır.
Həyata keçirilən abadlıq işlərində tarixi-mədəni yerlərimiz xüsusi diqqət mərkəzindədir. Bakı özündə eyni vaxtda müasirliyi və tarixiliyi birləşdirən unikal şəhərlərdəndir. Paytaxtımızda müasir strukturlu binaların tikilməsi, yolların salınması ilə yanaşı, onun qədim hissələrinin əvvəlki görünüşünün qorunub saxlanılması istiqamətində görülən işlər öz bəhrəsini verir. Belə ki, ölkə Prezidentinin göstərişinə uyğun olaraq son bir neçə ildə İçərişəhərdə planlı şəkildə aparılan bərpa işləri nəticəsində bu tarixi yerin əvvəlki görkəmi özünə qaytarılıb. Görülən tədbirlərin nəticəsidir ki, bu yaxınlarda İçərişəhər YUNESKO-nun məhv olmaq təhlükəsi ilə üz-üzə qalan tarixi abidələr siyahısından çıxarılıb. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, İçərişəhər öz tarixi simasını qorumalıdır: “Eyni zamanda, orada təmir-bərpa işləri ancaq o tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur. Ancaq orada yaradılan, inşa edilən hər bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə olmalıdır”.
Qeyd edək ki, təkcə Bakıda deyil, ölkənin hər yerində tarixi abidələrimiz bərpa olunur və turist marşrutlarına daxil edilir. Bu tədbirlər ölkədaxili turizmi genişləndirməklə yanaşı, xarici ölkələrdən gələn turistlərin sayını artırıb.
Diqqət mərkəzində olan digər bir məsələ bu il 100 illiyi qeyd olunan dənizkənarı bulvardır. Yubiley münasibətilə bulvarda aparılan geniş abadlıq-quruculuq işləri artıq indidən oraya dincəlməyə gedən sakinlərin sayını dəfələrlə artırıb. Belə ki, yeni infrastrukturların yaradılması, istismar müddətini başa vurmuş attraksionların yeniləri ilə əvəz olunması, ictimai-iaşə obyektlərinin tikilməsi bulvara gedən insanların istirahət və əyləncəsini yüksək səviyyədə təşkil etməyə imkan verir. Sözügedən iclasda Prezident bulvarla bağlı planlardan da danışıb: “Onu da bilirsiniz ki, bizim planlarımızda bulvarın uzadılması məsələsi də dayanır: həm İdman Sarayından Dövlət Bayrağı meydanına qədər, həm də Dəniz Vağzalından Nobel prospektinə qədər. Orada lazım olmayan, yararsız vəziyyətə düşmüş köhnə tikililər sökülməlidir. Əlbəttə ki, kompensasiya ödənilməlidir. Bütün o sahə təmizlənməlidir. Bizim planlarımızda yeni gözəl bulvarların salınması da var və yaxın zamanlarda Azərbaycan vətəndaşları bunu da görəcəklər”.
ümumilikdə, ilk altı ayın yekunları göstərir ki, ölkədə quruculuq işləri uğurla davam etdirilir, bu sahədə layihələr yüksək səviyyədə həyata keçirilir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54

