Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
14.08.2009 [14:37]
Tədbirdə ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına və təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat verilib, 2009-cu il martın 18-də keçirilmiş referendumda Azərbaycan Konstitusiyasına edilmiş əlavələrin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan hökumətinin irqi ayrı-seçkiliyə yol verilməməsi, milli azlıqların hüquqlarının təminatı sahəsində öhdəliklərin yerinə yetirilməsi üzrə gördüyü işlər və əldə olunmuş uğurlar Komitə üzvlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, dözümlülüyün təşviq və təmin edilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması, gender bərabərliyinin möhkəmləndirilməsi, korrupsiyaya və insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, eləcə də Heydər Əliyev Fondu tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, proqram və layihələr, ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri barədə geniş məlumat verilib.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklər və problemlərdən danışılıb, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun ağır nəticələri və Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi qeyd edilib.
Daha sonra, nümayəndə heyətinin üzvləri Komitənin ekspertlərinin məruzə ilə bağlı suallarını cavablandırıb, qaldırılan məsələlərlə əlaqədar Azərbaycanda görülmüş işlərin və davamlı surətdə göstərilən səylərin mahiyyəti və nəticələri haqqında ətraflı şərhlər veriblər.
Komitə üzvləri çıxış edərək, Azərbaycanın tədbirdə yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmasını, hesabatların mütəmadi sürətdə Komitəyə təqdim edilməsini xüsusi vurğulayıblar.
Azərbaycan hökumətinin “İrqi ayrı-seçkiliyn bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə ciddi yanaşdığı, insan hüquqları sahəsində bütün əsas beynəlxalq sənədləri ratifikasiya etdiyi, ölkədə insan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planının qəbul olunduğu, insan alverinə qarşı mübarizənin gücləndirildiyi, məhkəmə sisteminin müstəqilliyinin artırıldığı, qaçqınların, məcburi köçkünlərin və miqrantların vəziyyətinin yaxşılaşdırılması üçün mühüm işlər görüldüyü, milli azlıqların dilinin, mədəniyyətinin və adət-ənənələrinin qorunması üçün ardıcıl tədbirlərin həyata keçirildiyi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilib.
Müzakirələr interaktiv dialoq formasında davam edib, Azərbaycan nümayəndə heyəti başçısının yekun çıxışı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32

