Dəyərli heykəltəraşlıq və memarlıq nümunələrinin qorunması daim dövlətin diqqətindədir
26.08.2009 [01:25]
Müxtəlif yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan xalqı zəngin mədəniyyət və incəsənət nümunələrinə də sahibdir. Zəngin musiqi, xalq tətbiqi sənəti ilə yanaşı, qiymətli memarlıq nümunələrimiz də az deyil. Hələ qədimlərdən ölkəmizdə dəyərli heykəltəraşlıq və memarlıq nümunələrinə rast gəlinib. Dövrümüzədək gəlib çatan xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olan monumental divar rəsmləri də belə deməyə əsas verir.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair tədbirlər planı”nın təsdiq edilməsinə dair Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq 2009-2010-cu illər ərzində tədbirlər planının icrası ilə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Nakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, o cümlədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla) məşğul olacaqlar.
Bu istiqamətdə görüləcək işlər barədə daha ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Qurumun Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, Nazirlik bu məsələ ilə son 3-4 ildir ki, məşğuldur. Hətta yerlərdə bir sıra monitorinqlər də aparılıb. Bundan başqa, yerlərdə monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin vəziyyəti haqqında məlumatlar və foto albomlar toplanılıb.
F.Babayevin bildirdiyinə görə, son illər təmsil etdiyi qurumun təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının maliyyə dəstəyi ilə bir çox heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ətrafında abadlıq işləri aparılıb. “Bizi daha çox narahat edən məsələlərdən biri də Böyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinə həsr olunmuş komplekslərin və heykəllərin vəziyyəti idi. Həqiqətən, istər Bakıda, istərsə də respublikamızın regionlarında bu sahədə müəyyən boşluqlar vardı. Bugünün özündə də bir çox heykəllər və onların ətrafı baxımsız vəziyyətdədir. Bu nöqteyi-nəzərdən cənab Prezidentimizin imzaladığı müvafiq Sərəncam bu sahədə dönüş yaradacaq” - deyən şöbə müdiri tədbirlər planının çox geniş olduğunu, mühüm məsələləri nəzərdə tutduğunu və bununla yanaşı böyük işlər tələb etdiyini də diqqətə çatdırıb: “Tədbirlər planına uyğun olaraq respublika ərazisində bədii əhəmiyyət kəsb edən monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin dövlət reyestrinin tərtib edilməsi birbaşa Nazirlik və Bakı Şəhər İcra Hakimiyyətilə yanaşı, digər yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Bu işin icrası nəticəsində bədii əhəmiyyət kəsb edən bütün heykəllər və komplekslər sözügedən dövlət reyestrinə daxil ediləcək ki, bu da həmin mədəniyyət abidələrinin dövlətin nəzarətinə götürülməsi və dövlət tərəfindən qorunması deməkdir. Onların hər hansı birinin demontaj edilməsi, başqa yerə köçürülməsi və ya məhv edilməsi qadağan olunacaq”.
Artıq Nazirliyin nəzdində ekspert komissiyasının yaradıldığını söyləyən Fikrət Babayev heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının fəaliyyətinin də təşkil olunduğunu diqqətə çatdırıb: “Fikrimcə, sözügedən ekspert komissiyasına Nazirliyin mütəxəssisləri ilə yanaşı, Azərbaycanın görkəmli memarları və heykəltəraşları da daxil edilməlidir. Bundan sonra heykəltəraşlıq abidələrinin demontaj edilməsi yalnız ekspert komissiyasının rəyindən sonra mümkün olacaq. Son illər üzləşdiyimiz problemlərdən biri də yerlərdə estetik görünüşü olmayan heykəllərin mövcudluğudur. Sərəncamda əsas məqsəd də ondan ibarətdir ki, hər hansı abidə və xatirə kompleksi yaradılanda və ya demontaj olunanda ekspert komissiyasının rəyi alınmalıdır. Əgər ekspert komissiyası buna rəy verməsə yerli icra hakimiyyətləri bu işi icra etmək hüququndan məhrumdurlar”.
Sərəncamda qeyd olunduğu kimi, bədii əhəmiyyət daşıyan, demontaj edilməli heykəltəraşlıq abidələrinin saxlanılması üçün Bakı şəhəri ətrafında ləğv edilmiş və rekultivasiya olunacaq sənaye zonaları sahələrində regional heykəllər xiyabanının yaradılması nəzərdə tutulur. Bu məsələyə də münasibət bildirən Fikrət Babayev bunun milli ideologiyamıza uyğun gəlməyən heykəllərə şamil olunduğunu deyib. “Təbii ki, ideoloji mahiyyətini nəzərə almasaq hər bir heykəltəraşlıq nümunəsi özü-özlüyündə bir sənət əsəridir. Hansısa bir heykəltəraşın böyük əməyi müqabilində ərsəyə gəlib. Onların da tamamilə məhv edilməsi labud deyil. Dünya təcrübəsinə də əsaslansaq görərik ki, demontaj olunacaq heykəllər arasında bədii əhəmiyyət kəsb edən sənət nümunələri müvafiq xiyabanlarda saxlanılır. Bununla da lazımsız söz-söhbətlərə son qoyulacağına inanıram” - deyən Fikrət Babayev onu da diqqətə çatdırıb ki, yaradılacaq xiyabanın yerli əhali və turistlər tərəfindən ziyarət olunması üçün də münasib imkanlar yaradılacaq. F.Babayev onu da əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi Sərəncamdan irəli gələn digər məsələlərin qısa müddətdə icrası üçün aktiv fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Sərəncamda həm də təmir-bərpa işləri tələb olunan heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması, bundan başqa, heykəltəraşlıq abidələrində, xatirə-memorial və memarlıq komplekslərində təmir-bərpa və abadlıq işlərinin aparılması, həmçinin, azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması nəzərdə tutulan heykəltəraşlıq abidələrinin, xatirə-memorial komplekslərinin eskizlərinin və layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

