/ / Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub
08.09.2009 [10:05]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində olub. Prezident inşaat sahəsini gəzib və aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılıb. Bildirilib ki, mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və burada işlər davam etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilib. Mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir. Avtomobil dayanacağını əsas bina ilə birləşdirən dördmərtəbəli keçid tuneli, əsas binaya gedən yol, kommunikasiya mərkəzi və təchizat qalereyasında dəmir-beton, elektrik işləri tam başa çatdırılıb. Landşaft sahəsinin avtomobil parkı üzərindəki hissəsində tikinti-abadlıq işləri başa çatmaq üzrədir. Bu hissədə 5 min kvadratmetr yaşıllıq salınıb, 2 dekorativ hovuz tikilib, pilləkən və piyada yollarının dəmir-beton işləri başa çatdırılıb.
Xatırladaq ki, 2007-ci il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Ulu öndərimiz Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi üçün “Heydər Əliyev Mərkəzinin yaradılması haqqında” 2006-cı il 29 dekabr tarixli və “Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 24 yanvar tarixli sərəncamlar imzalayıb.
İlk növbədə Bakı şəhərinin Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin yaradılması üçün torpaq sahəsi ayrılıb. Aidiyyəti dövlət qurumlarının, elmi təşkilatların, yaradıcılıq birliklərinin və ittifaqların nümayəndələrindən ibarət Heydər Əliyev Mərkəzinin layihəsi üzrə beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş “Zaha Hadid Architects” və “İnnova Konstrakşn and Konstraktinq” şirkətlərinin təşkil etdikləri konsorsiumun təqdim etdiyi layihə əsasında tikinti işlərini “DİA Holdinq FZCO” şirkəti həyata keçirir.
Layihəyə əsasən Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissədən və iki yardımçı strukturdan ibarət olacaq. Belə ki, mərkəzin başlıca tərkib hissəsi nadir əsərlərdən ibarət və ümumdünya məlumat vasitələrinə “onlayn” rejimdə daxil olma imkanlarına malik kitabxana və media mərkəzindən, 1284 nəfər tamaşaçı tutumu olan konfrans zalından, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi-salonlardan və ölkəmizin tarixi və mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərdən ibarət muzey və mədəni irs mərkəzindən ibarət olacaq.
Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək avtomobil dayanacaq-parkı və infrastruktur obyektlər daxil olacaq.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək.
Dövlətimizin başçısı tikintinin davam etdirilməsi və başa çatdırılması ilə əlaqədar göstəriş və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

