Bu uğur Azərbaycan gəncliyinin və xalqımızın qələbəsidir
15.09.2009 [14:48]
Prezident İlham Əliyev dünən İrəvanda cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edib. Prezident İlham Əliyev böyük qələbə münasibətilə idmançılarımızı təbrik edərək bildirib ki, bu qələbə bütün Azərbaycan xalqını sevindirib: “Siz bütün Azərbaycan xalqını bu qələbə ilə sevindirmisiniz. Bu qələbənin çox böyük mənası vardır. Birinci növbədə bu qələbə onu göstərir ki, Azərbaycanda çox güclü gənc nəsil, gənc idmançılar yetişir. O idmançılar ki, gənc yaşlarından doğma Vətənimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bu qələbə onu göstərir ki, gənclərimiz vətənpərvərlik ruhunda böyüyürlər, tərbiyə alırlar, dəyərli vətəndaşlar kimi Azərbaycanın şöhrətini ucaldırlar. Bu qələbənin böyük mənası ondan ibarətdir ki, yarışda beş idmançı iştirak edib, beşi də Vətənə medalla qayıdıbdır. Şübhəsiz ki, bu qələbənin Azərbaycanın idman tarixində xüsusi yeri vardır. Ona görə ki, bu qələbə Ermənistanda, İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında qazanılmışdır. Bu böyük qələbədir. İrəvanda beş dəfə Azərbaycanın dövlət bayrağı qaldırılmışdır, bir dəfə Azərbaycanın dövlət himni səsləndirilmişdir. Ona görə bu qələbənin çox böyük mənası vardır və şübhə etmirəm ki, bu qələbə Azərbaycanın idman tarixində əbədi yaşayacaqdır. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər və Vətənə üzüağ qayıdıblar. Azərbaycanı təmsil ediblər, ölkəmizin gücünü, müasir Azərbaycanın nəyə qadir olduğunu göstəriblər. Sizin qələbəniz bütün Azərbaycan xalqının qəlbində yaşayır, hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu, sizin qələbənizdir, eyni zamanda, bu qələbə Azərbaycan gəncliyinin, Azərbaycan xalqının qələbəsidir. Yarışlar ərəfəsində müxtəlif fikirlər mövcud idi. çünki bu, bizim üçün ilk təcrübə idi. Azərbaycan idmançıları bu vaxta qədər heç vaxt Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak etmirdi. Yəqin ona görə ki, Ermənistanda, ümumiyyətlə, beynəlxalq yarışlar çox nadir hallarda keçirilirdi. Biz öyrəşmişik ki, Azərbaycanda, Bakıda müxtəlif beynəlxalq yarışlar - dünya, Avropa çempionatları, Olimpiya oyunlarının təsnifat turnirləri mütəmadi qaydada keçirilir. Ancaq Ermənistanda bu, çox nadir hallarda müşahidə olunur. Bununla bərabər, onu da deyə bilərəm ki, bu qərarın qəbul olunması da asan məsələ deyildi. çünki, birinci təcrübə idi. İlk növbədə, bizi idmançılarımızın təhlükəsizliyi düşündürürdü, narahat edirdi və məhz bu məqsədlə mənim göstərişimlə yarışdan qabaq Ermənistana nümayəndə heyəti göndərilmişdi. Bütün təhlükəsizlik tədbirləri təmin edilmişdi. Avropa Olimpiya Komitəsinin, Avropa Cüdo Federasiyasının üzvlərinin iştirakı ilə bütün lazımi sənədlər, müqavilələr bağlanmışdı və nəinki Ermənistan tərəfi, beynəlxalq idman qurumları bizə zəmanət vermişdilər ki, idmançılarımızın təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır. Düzdür, yarışlar ərəfəsində bəzi etirazlar da səsləndi. Mənə demişdilər ki, bəzi qruplar, bəzi şəxslər etiraz ediblər, özlərini daha çox vətənpərvər kimi göstərmək istəyirdilər. Ancaq əsl vətənpərvərlik ondan ibarət deyil. Əsl vətənpərvərliyi siz nümayiş etdirmisiniz, orada Azərbaycan bayrağını qaldırmısınız. Bundan yüksək vətənpərvərlik, bəlkə də bundan yuxarı xidmət ola bilməz. Ona görə sizin qələbəniz bir daha onu göstərdi ki, bizim tərəfimizdən qəbul edilmiş qərar yeganə düzgün qərar idi. İdmançılar da çox ağır psixoloji şəraitdə öz məharətini göstərərək, böyük qələbə qazanaraq Vətənə qayıtdılar. Getdilər, Azərbaycan bayrağını qaldırdılar, himnimizi səsləndirdilər və qəhrəmanlar kimi Vətənə qayıtdılar. Ona görə mən sizi bu gün ürəkdən təbrik edirəm. Siz indicə təyyarədən düşərək birbaşa bura, mənim yanıma gəlmisiniz. Sizin gəlişinizi Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Bu qələbə hələ bundan sonra bir neçə gün ərzində, bəlkə aylar ərzində qeyd olunacaqdır. Bu qələbə böyük nailiyyətdir, eyni zamanda, böyük məsuliyyətdir. Artıq sizin adlarınız gənc yaşlarınızdan Azərbaycan tarixinə yazılıb. Həm Azərbaycanın idman tarixində, həm də ümumiyyətlə, müstəqil Azərbaycanın tarixində sizin qələbəniz yaşayacaqdır. Sizin qələbəniz gənc nəsil üçün, uşaqlar üçün, yeniyetmələr üçün örnək olmalıdır”.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, vaxt gələcək və Azərbaycan əsgəri işğal olunmuş torpaqlarda, Dağlıq Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan bayrağını qaldıracaq: “O vaxt gələcək. Azərbaycanın hərtərəfli inkişafı, bizim iqtisadi, hərbi qüdrətimiz bu günü yaxınlaşdırır”.
Görüşdə cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə, İrəvanda gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatının qalibi Elmar Qasımov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.
Prezident İlham Əliyev idmançılarımızı bir daha qələbə münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıb.
Cüdoçularımız dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

