Azərbaycan qazı Avropanın uzunmüddətli enerji təhlükəsizliyinin açarıdır
24.09.2009 [10:25]
Bakıda keçirilən Xəzərin qaz infrastrukturu ilə bağlı beynəlxalq konfrans bir daha Azərbaycanın regionda başlıca enerji mənbəyinin mərkəzinə çevrildiyini şərtləndirmiş oldu. Respublikamızın yerləşdiyi Xəzər regionunun dünyanın enerji təchizatında mühüm yer tutduğunu göstərdi. Avropanın bütün iqtisadi-siyasi tədqiqat mərkəzlərinin və yüksəkrütbəli məmurlarının konfransdakı fikirləri Azərbaycanın region üçün çox mühüm dövlət olmasını təsdiqləyir. ümumiyyətlə, Avropa İttifaqının və digər nüfuzlu beynəlxalq qurumların rəyi bundan ibarətdir ki, ədalətli enerji tərəfdaşlığı üçün ən mükəmməl vasitə Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqlindən ibarətdir. Bütün dünya birmənalı şəkildə etiraf edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə regionunun flaqmanıdır.
Göründüyü kimi, Avropa ilə əməkdaşlıqda çoxşaxəli enerji siyasətinin yürüdülməsi respublikamızın nə qədər düzgün qərar qəbul etdiyini şərtləndirmiş olur. Avropa İttifaqı birmənalı şəkildə bəyan edir ki, Avropa ölkələrinin karbohidrogen resurslarının təminatının yeganə mənbəyi Xəzər dənizi, daha dəqiq desək, Azərbaycandır. Təşkilatın energetika üzrə komissarı Andris Piebalqs bildirib ki, Avropa Azərbaycan qazına çox maraq göstərir. Buna əsas isə Xəzər hövzəsində kommersiya risqlərinin minimal olmasıdır. Xəzər qazı Avropanın uzunmüddətli enerji təhlükəsizliyinin açarıdır. A.Piebalqsın fikrincə, Aİ Xəzər regionundan qazın Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması üçün 1,5 milyard avro ayırmağa hazırdır. Aİ-nin energetika üzrə komissarı Avropaya satılan qazın ixrac marşrutlarının diversifikasiyasının vacibliyini qeyd edib. A.Piebalqs onu da vurğulayıb ki, Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə nəticəsində hazırkı neft və qaz layihələrinin çəkilişi mümkün olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılması gerçəyə çevrilib. Avropalı komissar Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı kimi NABUCCO ilə yanaşı, Odessa-Brodı-Qdansk-Plotı və digər marşrutların gerçəkləşməsini də zəruri hesab edir. Onun qənaətinə görə, Xəzər -Qara -Baltik dənizi enerji dəhlizinin yaradılması regionda qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək.
Yeri gəlmişkən, A.Piebalqs son dövrlər Ermənistanın NABUCCO layihəsinə qoşulacağına dair intensiv xarakter alan məlumatlara da münasibətini bildirib. Onun fikrincə, bu barədə Aİ hər hansı müzakirə aparmayıb və belə bir məsələ də nəzərdə tutulmur. Aİ NABUCCO layihəsinin və Türkiyə, Yunanıstan və İtaliyanı birləşdirən “İnterconnector” qaz nəqliyyat sisteminin reallaşması üçün qrantlar ayırıb. Avropa şirkətlərinin bu layihələrdəki payının maliyyələşdirilməsi üçün Avropanın investisiya bankları tərəfindən kreditləşmənin həyata keçirilməsi nəzərdə tutulur. ümumiyyətlə, Ermənistandan keçə biləcək qaz xətti müzakirə mövzusu deyil.
Enerji resurslarının nəqlində diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə neft amili ilə yanaşı, qaz faktoru da mühüm təsir göstərməkdədir. ötən 15 ildə respublikamız dünya ölkələri ilə neft sahəsində sıx təmaslar qurmaqla etibarlı tərəfdaşa çevrilibsə, hazırda qaz tədarükçüsü kimi diqqəti cəlb edir. Yəni enerji siyasəti hazırda ən mühüm mərhələyə keçid alıb. ölkəmizin yanacaq ehtiyatları və nəql imkanları enerji siyasətinin yeni komponentlərinə üfüqlər açır. Hazırda ixrac siyasəti qaz nəqli ilə zənginləşməkdədir.
Onu da vurğulamaq gərəkdir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışdığı halda Azərbaycan bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı tərəfdaş imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət yürütməsi güclü tərəfdaşlıq qurmağa nail olmaq əzmini sübut etmiş olur. Bunun nəticəsidir ki, həm neftə, həm də qaza ehtiyacı olan dövlətlər ilk növbədə, Azərbaycanla əməkdaşlıq etməyə çalışır.
Azərbaycan dünyada potensial qaz ixracatçısına çevrilir. ölkəmizin qaz ixracında əsas mənbə kimi “Şahdəniz” yatağı yer tutsa da, digər strukturlardakı perspektiv ehtiyatlar Azərbaycanda qaz bumunun davamlı olacağından xəbər verir. Hazırda Gürcüstan, Türkiyə və Yunanıstana mavi yanacaq nəql edən ölkəmiz “Şahdəniz”in ikinci fazası çərçivəsində İtaliya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya və digər dövlətlərə qaz ixrac edə biləcək. Qazın Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya çatdırılmasını təmin etmək məqsədilə 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək kəmərin inşası planlaşdırılır. Pireney yarımadası - Adriatik qaz şəbəkəsi adlanan bu marşrutla ildə 22 milyard kubmetr qaz nəqli proqnozlaşdırılır.
Qaz ehtiyatları 1 trilyon 300 milyard kubmetrdən çox proqnozlaşdırılan “Şahdəniz” yatağı ilə bərabər digər perspektiv struktur olan “ümid” yatağından böyük həcmdə qaz çıxarılacaq ki, bu da dünya bazarına əlavə yanacaq ixracına imkan verəcək. Eləcə də, “Abşeron”, “Bahar”, “İnam”, “Alov” kimi perspektiv yataqlarda qaz ehtiyatlarının həcmi 2-3 trilyon kubmetrdən çox proqnozlaşdırılır. Bu isə, Azərbaycanın ildə əlavə olaraq daha 15 milyard kubmetr qaz ixrac etməsinə baza yaratmış olur. Həmin ehtiyatların 200 ilə kifayət edəcəyini nəzərə alsaq, Azərbaycanın qarşıdakı iki əsrdə dünya bazarında potensial qaz ixracatçısı olacağını söyləmək olar.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

