Bakının Babək prospektində yeni yol qovşağının açılışı olub
25.09.2009 [11:12]
Dünən Bakının Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində tikilmiş yeni yol qovşağı kompleksinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, kompleks iki yolötürücüdən, hər biri beşaşırımlı iki körpüdən, üç avtomobil və iki piyada keçidindən ibarətdir.
Tikinti işlərini Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə bu sahədə ixtisaslaşmış, müasir standartlara uyğun çoxsaylı körpü və yol keçidləri ilə yanaşı, yüzlərlə kilometr yollar çəkmiş qabaqcıl müəssisələrdən biri olan “Gəncə Körpü Tikinti-2” Acıq Səhmdar Cəmiyyəti həyata keçirib. Kompleksin layihəsi “Texnomost” şirkəti tərəfindən hazırlanıb.
Prezident İlham Əliyev paytaxtın Nizami və Xətai rayonlarının qovuşduğu ərazidə yerləşən kompleksin sxemi ilə tanış olub, tikintinin gedişini əks etdirən fotoşəkillərə baxıb. Qeyd olunub ki, bir-birini tamamlayan iki yolötürücüsünün yaratdığı bu kompleks mürəkkəbliyi və müasirliyi ilə digərlərindən fərqlənir və hərəkətin son dərəcə sıx olduğu bu ərazidə tıxacların aradan qaldırılmasında və piyadaların təhlükəsizliyində mühüm rol oynayacaq.
İnşasına 2006-cı ildə başlanmış yol qovşağının ümumi uzunluğu 2116 metr, giriş və çıxışla birlikdə isə 2500 metrdən artıqdır. Eni 23,4 metr olan yol kompleksinin iki enmə və iki qalxma zolağı var.
Kompleksə daxil olan körpülərin aşırım hissələri xüsusi texnologiya ilə gərginləşdirilib. Gərginləşmə işləri və temperatur tikişlərinin inşası Fransanın “Freysaj” şirkəti tərəfindən aparılıb.
Metronun “Xalqlar dostluğu” stansiyası dairəsindəki körpünün aşırım hissəsinin uzunluğu 129 metrdir, digər körpünün aşırım hissəsi isə 196 metrdir. Hərəkət hissəsi 23,4 metr olan körpülərin eni enmə və qalxma zolaqlarında 37,6 metrə qədər dəyişir. Yanaşma yollarının uzunluğu 2640 metr, istinad divarlarının ümumi uzunluğu 4320 metrdir. Yan yollardan körpülərə qalxmaq və enmək üçün 4 rampa inşa olunub. İstinad divarları arasında yol örtüyünün qalınlığı 22 santimetrdir ki, bu da kompleksin istismar müddətini artırır. ümumiyyətlə, yol qovşağının tikintisində 350 min kubmetrdən çox torpaq işləri görülüb, 155 min kvadratmetr əraziyə asfalt döşənib, 57 min ton asfalt-beton yayılıb, 22 kilometr uzunluqda səki daşları quraşdırılıb. Bundan əlavə, inşaat işləri zamanı 60 min kubmetrdən çox betondan, 7 min tondan çox poladdan istifadə olunub.
Qovşağın tərtibatı da gözoxşayandır, körpülər üzərində milli ornamentlərlə işlənmiş 2770 metr çuqun məhəccər quraşdırılıb. Zövqlə işlənmiş 88 ədəd işıq dirəyindən asılmış lampalar gecələr yol qovşağını işıqlandırmaqla yanaşı, bu əraziyə xüsusi yaraşıq verir. İşıqlandırma sistemində əsas yenilik ondan ibarətdir ki, qaranlıq düşdükcə lampalar avtomatik olaraq yanmağa başlayır, günəş çıxarkən sönür. İstinad divarlarının, keçidlərin ağlay daşları ilə milli memarlıq ənənələrinə uyğun naxışlarla bəzədilməsi, korpülərin dayaqlarında qranit materialdan istifadə olunması qovşağın gözəlliyini daha da artırıb. Bütün bunlarla yanaşı, tikinti işləri zamanı inşaat materiallarının keyfiyyətinə xüsusi fikir verilib, onlar müasir laboratoriyalarda təcrübəli mütəxəssislər tərəfindən yoxlanılıb. Avtomobil keçidlərinin tikintisində istifadə olunan 18 metr uzunluqlu trapesiya şəkilli aşırım tirləri, tağvari piyada keçidləri “Gəncə Körpü Tikinti-2” ASC-nin istehsalat bazasında hazırlanıb. ümumiyyətlə, yol qovşağının estetik görünüşünə xüsusi diqqət yetirilib. Belə ki, 35 min kvadratmetr ərazidə çəmənlik salınıb, müxtəlif ağac və kollar əkilib. Bunlar ətrafda gözəllik yaratmaqla bərabər, ekoloji tarazlığa da müsbət təsir göstərir.
Körpülərdə yağış sularının yığılıb qalmaması üçün xüsusi kollektor, yan yollarda isə kanalizasiya xətləri tikilib.
Prezident İlham Əliyevə məlumat verilib ki, tikinti işlərinin intensiv dövründə burada 350 nəfər çalışıb.
Yol qovşağı metronun “20 Yanvar” stansiyasındakı dairə, “Günəşli” yaşayış sahəsi və Bakıxanov qəsəbəsi, Böyük Şor qovşağı, Azadlıq meydanı, Heydər Əliyev adına Beynəlxalq hava limanı və digər istiqamətlərdə nəqliyyatın rahat gediş-gəlişinə imkan verəcək.
Yol qovşağının maketi dövlətimizin başçısına hədiyyə olunub.
Prezident İlham Əliyev yeni yolötürücüsünün açılışını bildirən lenti kəsib, nəqliyyatçıları və inşaatçıları bu münasibətlə təbrik edərək deyib: “Təbrik edirəm, yeni gözəl körpü tikilib istifadəyə verilmişdir. Bakı gözəlləşir, abadlaşır. Körpü bu bölgədə tıxacların aradan qaldırılması üçün çox gözəl bir infrastruktur layihəsidir. Bu körpünün tikintisi onu göstərir ki, yerli şirkətlər artıq beynəlxalq təcrübəyə malikdirlər. Yerli şirkətlər tərəfindən həyata keçirilən bütün gözəl infrastruktur layihələri məni çox sevindirir. çünki əvvəllər xaricdən şirkətlər dəvət olunurdu, təcrübəmiz yox idi. Hətta bəzi hallarda işçi qüvvəsi də xaricdən gətirilirdi. İndi isə bu layihələri Azərbaycan dövlətinin vəsaiti hesabına yerli şirkətlər icra edir. Bu layihələri Azərbaycan fəhlələri, mütəxəssisləri gerçəkləşdirirlər. Bu, Azərbaycanın inkişafını göstərir, onu göstərir ki, biz istənilən layihəni uğurla icra edə bilərik. Bakıda son illər ərzində tikilən körpülər, yol qovşaqları, bütün yol infrastrukturu həm gözəllik, həm keyfiyyət, həm də funksional baxımdan ən yüksək səviyyədədir. Buna görə bütün bu işlərdə iştirak edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Nəqliyyat Nazirliyi, müxtəlif yerli şirkətlər bu gözəl işləri birlikdə görürlər, şəhərimizi gözəlləşdirirlər. Bir daha sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.
Açılış mərasimindən sonra yeni yol qovşağında nəqliyyatın hərəkəti başlanıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

