Rumıniya Azərbaycanın strateji tərəfdaşına çevrilir
30.09.2009 [15:51]
Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Buxarestdəki “Tey” parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Burada dövlətimizin başçısını və xanımını Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qarşılayıb. Mehriban xanıma gül dəstəsi təqdim olunub.
Parka toplaşmış yüzlərlə şəhər sakini, məktəblilər, Azərbaycan diasporunun fəalları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr dövlətimizin başçısını və Onun xanımını alqışlarla qarşılayıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoyublar.
Uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı və xanımı “Tey” parkını gəziblər, sakinlərlə və Azərbaycan diasporunun fəalları ilə söhbət ediblər.
Prezident İlham Əliyev Rumıniya Senatının sədri Mirça Coana ilə görüşüb.
Mirça Coana bildirib ki, ölkəsi Azərbaycan ilə ikitərəfli münasibətlərə böyük önəm verir və əlaqələrimiz strarteji xarakter daşıyır. Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətinin vurğulayan Senatın sədri deyib ki, Azərbaycan bütün sahələrdə mühüm dövlətdir, bizə dost ölkədir.
ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında əvəzsiz xidmətlərini xüsusi qeyd edən Mirça Coana ölkəsinin Azərbaycan ilə əlaqələrinin bundan sonra da daim inkişaf edəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyib. Siyasi, iqtisadi əlaqələrimizin genişləndiyini, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən dövlətimizin başçısı, səfər çərçivəsində prezidentlərin imzaladığı “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu sənəd geniş sahələri əhatə edir, əlaqələrimizin ruhunu əks etdirir. Prezident İlham Əliyev Bəyannamənin əlaqələrimizin bundan sonra da genişlənməsinə öz töhfəsini verəcəyini bildirib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlər baxımından qarşıda böyük birgə layihələrin olduğunu deyib və bildirib ki, Avropaya inteqrasiya məsələlərində Rumıniya Azərbaycana dəstək verir.
Görüşün sonunda Mirça Coana Rumıniya Senatının 140 illiyinə həsr olunmuş xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb.
Xanım Roberta Anastase deyib ki, ikitərəfli əməkdaşlığımız inkişaf edir, getdikcə genişlənən parlamentlərarası əlaqələr isə bu münasibətlərə töhfə verir.
ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Deputatlar Palatasının sədri Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. O, Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirib, bildirib ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Prezident İlham Əliyev deyib ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirib ki, bu sahədə də əməkdaşlığımız tərəqqi edir. İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza var. İmzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə” ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini əhatə edir və bu sənəd münasibətlərimizin inkişafına töhfə verəcək.
Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev deyib ki, bu, əməkdaşlığımızın intensivliyinin göstəricisidir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Rumıniyanın mövqeyini xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimizin iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığına toxunub, Rumıniyanın Avropaya inteqrasiya məsələlərində ölkəmizə verdiyi dəstəyi qeyd edib.
Əlaqələrimizin möhkəm siyasi əsasının olduğunu vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu da ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafına təkan verir.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri başa çatıb. Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

