Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
01.06.2018 [09:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini vurğulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirib.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin salamlarını dövlətimizin başçısına çatdırıb. Eyni zamanda, dövlətimizin başçısına yeni prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırıb. Günter Ottinger bundan əvvəl Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirib və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd edib. Bildirib ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək. Günter Ottinger əminliklə vurğulayıb ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidvarlıq ifadə olunub, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Jan-Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

