Azərbaycan-İordaniya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir
13.10.2009 [09:45]
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığında rəsmi səfərdədir
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə yola düşüb.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İordaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Əmmanın Al Hummar sarayında rəsmi qarşılanma mərasimi olub. İordaniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İordaniya Kralı II Abdullah və kraliça Raniyə Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə qarşılayıblar.
Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd ediblər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Al Hummar sarayında təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib.
Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını deyib. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.
İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Əmmanda İordaniya Kralı II Abdullah və kraliça Raniyə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri davam edir.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

