Azərbaycanla İsveçrə arasındakı münasibətlərin gələcəyi çox perspektivlidir
21.10.2009 [09:21]
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Berndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər.
İsveçrə Prezidenti Hans-Rudolf Merts bildirib ki, iki ölkə arasında bir çox oxşarlıqlar var: “Birincisi, onlar Şərq ilə Qərbin kəsişməsində, müxtəlif mentalitetlərin və dillərin qovuşduğu məkanda yerləşir. Hər iki ölkə siyasi və iqtisadi sahələrdə müstəqillik və sabitlik uğrunda mübarizə aparır. Bunları nəzərə alaraq, biz sıx təmaslar qurmuşuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin əlaqələri möhkəmləndirməyə başlamışıq. Azərbaycan da İsveçrə kimi, heç bir hərbi təşkilat və ya ittifaqda iştirak etmir. Digər tərəfdən, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də Beynəlxalq Valyuta Fondunda əməkdaşlıq edir. Azərbaycan İsveçrənin bu təşkilatda sədrlik etdiyi mühüm qrupun üzvüdür. Bu gün biz bir sıra məsələləri müzakirə etdik. Nəzərə alsaq ki, əlaqələrimiz artıq təşəkkül tapmışdır, münasibətlərimizi bundan sonra da möhkəmləndirməli və dərinləşdirməliyik. Mədəniyyət sahəsinə gəldikdə, bu axşam Berndə rəsmən açılışı olacaq İsveçrədə Azərbaycan Mədəniyyət Günlərini səbirsizliklə gözləyirik. İqtisadiyyatlarımızın, iqtisadi münasibətlərimizin inkişafı bizim üçün vacibdir. Məsələn, enerji sahəsində iş birliyimiz vardır. Miqrasiya sahəsində də danışıqlar davam edir. Başqa sözlə desək, ölkələrimiz arasında problem yoxdur. Bizim aramızda dostluq vardır. Biz bu gün səhər görüşlərimizi bu ruhda keçirdik və ölkələrimiz arasında əlaqələrimizi eyni tərzdə inkişaf etdirmək əzmindəyik”.
Azərbaycan Prezidenti İlham Əliyev söyləyib ki, Azərbaycanla İsveçrə arasındakı münasibətlərinin gələcəyi çox perspektivlidir: “İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik. Onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir. Bu gün biz regional inkişafın mühüm məsələlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Mən cənab Prezidentə danışıqlar prosesində baş verən son hadisələr haqqında məlumat verdim. Enerji əməkdaşlığımıza aid məsələləri cari ilin əvvəlində müzakirə etmişdik. Bu mövzu bu gün və sabah da nəzərdən keçiriləcəkdir. Bu sahədəki əlaqələrimizin böyük potensialı vardır. Avropada enerji təhlükəsizliyi ilə bağlı ümumi baxışlarımız mövcuddur. Nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tezliklə çatdırmağa hazırdır. Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları “Cənub dəhlizi” adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər”.
Görüşdə, eyni zamanda, bərpa olunan və alternativ enerji mənbələri sahəsində əməkdaşlıqla bağlı imkanların öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32

