2010-cu il "Ekologiya ili" elan olunacaq
23.10.2009 [09:33]
Ekoloji durumun sabit olması əhalinin sağlamlığı baxımından çox vacib amildir. Azərbaycan, ümumilikdə gözəl təbiətə, sağlam ətraf mühitə malikdir. Lakin uzun illər Abşeron yarımadasında neftçıxarma işləri və sənaye obyektlərinin istifadəsi ilə əlaqədar olaraq, bu ərazidə ciddi ekoloji problemlər yaranmışdı. ümummilli lider Heydər Əliyev daim ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasının qayğısına qalmış, Onun göstərişi əsasında sənaye obyektlərində təmizləyici qurğuların tikintisinə, paytaxt və ətraf ərazilərdə yaşıllaşdırma işlərinə başlanmışdır. Bu gün isə ətraf mühitin qorunması Prezident İlham Əliyevin də önəm verdiyi başlıca sahələrdəndir. ötən müddət ərzində ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair”, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” milli proqramlar, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” Dövlət Proqramı uğurla həyata keçirilib. Dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına dair geniş iclasında bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb. Prezidentin sözlərinə görə, gələn il ekoloji tədbirlərin gücləndirilməsi nəzərdə tutulub: “Mən tam əminəm ki, bu sahə hamı üçün prioritet olmalıdır. Biz bu torpaqda yaşayırıq, bu havanı uduruq, bu suyu içirik. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Bildiyimiz kimi, neft tullantıları ilə çirklənmiş ərazilər bir neçə il əvvəl Abşeron yarımadasının əsas ekoloji problemi idi. Heç kəsin istifadə etmədiyi belə torpaqlar ətraf yaşayış məntəqələri üçün ekoloji gərginlik mənbəyi idi. Lakin artıq bu problemin həlli yönündə çox ciddi addımlar atılır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” ekoloji problemlərin həllinə istiqamətlənən çox vacib sənəddir. Tədbirlər Planının icrasını təmin etmək məqsədilə ekoloji vəziyyəti gərgin olan ərazilərin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması yönündə xeyli işlər görülür. Bibiheybət zonasının, Bakı buxtasının, eləcə də, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsinə başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkətinin birgə səyləri ilə görülən işlər nəticəsində artıq müsbət irəliləyişlər müşahidə olunur. Təmizlənən ərazilərin yerində parkların salınması isə əhalinin sağlam istirahətinə xidmət edir. Prezidentin də ifadə etdiyi kimi görülən işlər ekoloji problemlər tam aradan qaldırılanadək davam etdiriləcək: “Bakıətrafı bütün bölgələrin torpağı təmizlənməlidir, rekultivasiya edilməlidir, neftlə çirklənmiş torpaqlar çıxarılmalıdır, yerinə ağaclar əkilməlidir. Bu, sağlamlıq deməkdir”.
Vacib məsələlərdən biri, insanların təmiz içməli su ilə təchizatı da başlıca prinsip kimi qarşıya qoyulub. Bu məqsədlə çaylarda təmizləyici qurğular quraşdırılır. Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsinə cavab verən içməli su ilə təmin olunan əhalinin sayı ildən-ilə artır. Bundan əlavə, saf bulaq suyu ilə təchiz ediləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi əhalinin təmiz içməli su ilə təminatını daha da yaxşılaşdıracaq. Bütün bu işlərin görülməsi üçün hər il dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan böyük miqdarda vəsait ayrılır.
Dövlət başçısı çıxışında havanın təmizliyi məsələsinə də toxunub, bu sahədə kompleks tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Bu məqsədlə Prezident İlham Əliyev Dünya Bankı ilə müzakirələr apararaq bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi təklifini verib. Bu gün ölkədə, xüsusən də paytaxtımızda avtomobillərin sayının sürətlə artması havanın təmizliyinin qorunması məsələsini ön plana çıxarır. Prezident bildirib ki, Azərbaycanda bəzi ölkələrin istifadə etdiyi Avro-2 və Avro-3 standartına keçməklə yüksək keyfiyyətli yanacaqdan istifadə edilməlidir. Dövlət başçısı onu da əlavə edib ki, havanın təmizliyini qorumaq üçün neftayırma zavodları paytaxtdan çıxarılmalıdır və 2010-cu ildə bu məsələ ilə bağlı ciddi qərar qəbul edilməlidir: “Əslində, neftayırma zavodları Bakının mərkəzindən çıxarılmalıdır. İndi Bakıda “qara şəhər” adlandırılan sahə yoxdur. Əvvəllər olub. “Qara şəhər” adlandırılan ərazi indi abadlaşır, parklar, yollar salınır”.
Ekoloji tarazlığın qorunub saxlanmasında yaşıllıqların çox böyük rolu var. Təkcə son illər ərzində ölkədə milyonlarla yeni ağac əkilib. Bu, çox müsbət haldır və ölkədə yaşıllıq zonalarının yaradılması işləri bundan sonra da davam etdiriləcək. Onu da qeyd edək ki, Prezident İlham Əliyev iclasda çıxışı zamanı gələn ilin “Ekologiya ili” elan olunacağını söyləyib və bunun dövlət büdcəsində və beynəlxalq maliyyə qurumları ilə əlaqələrdə nəzərə alınmasının vacibliyini vurğulayıb. Bu, Azərbaycanda ekologiya sahəsinə verilən önəmi bir daha göstərir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32

