Ölkəmizdə xarici sərmayələr ən yüksək səviyyədə qorunur
13.11.2009 [10:03]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasətin başlıca istiqamətlərindən biri respublikamızda bütün iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasından, əcnəbi sərmayədarların hüquqlarının etibarlı şəkildə qorunmasından və investisiyaların təşviqini gücləndirmək üçün rəqabət iqliminin daha da şəffaflaşdırılmasından ibarətdir. Bu istiqamətdə son illərdə bir sıra mühüm qanunlar qəbul edilib, investorların fəaliyyətinin stimullaşdırılmasına dair sənədlər qüvvəyə minib. Yaxın vaxtlarda isə Rəqabət Məcəlləsinin qəbul olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xarici sərmayələrə açıq ölkədir və investorların hüquqlarının qorunması üçün bütün imkanlar mövcuddur. Hər bir sərmayəçinin yatırdığı kapitalın qorunmasına dövlət ən yüksək səviyyədə təminat verir: “Azərbaycan adambaşına birbaşa xarici sərmayələrin həcminə görə regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bizim ölkədə münbit sərmayələr mühiti vardır, xarici sərmayələr lazımi səviyyədə qorunur. Həmçinin, enerji sektorunda əsas kommersiya müqavilələri parlamentimiz tərəfindən ratifikasiya edilib və artıq qanun formasını alıb. Yəni heç kim həmin müqavilədə heç bir sözü dəyişə bilməz. Bu da sərmayədarların əlavə etimadına səbəb olur. Biz, eyni zamanda, qeyri-enerji sektoruna da sərmayələr yatırılmasında maraqlıyıq. çünki enerji sektorunda bir çox işlər artıq görülüb. İqtisadiyyatımızın şaxələndirilməsi bir nömrəli prioritetdir”.
Son illərdə Avropanın ən inkişaf etmiş ölkələrinin hökumət üzvləri və dövlət başçılarının Azərbaycana səfərlərinin artması və investisiyaların qarşılıqlı qorunmasına dair sazişlərin imzalanması, eyni zamanda, həmin səfərlər çərçivəsində biznes-forumların keçirilməsi respublikamızın sərmayə mühitinə olan dərin inamın, etimadın göstəricilərindən biri sayıla bilər. Həmçinin, biznes-forumlar zamanı xarici şirkətlərlə Azərbaycanın yerli istehsal müəssisələri arasında qarşılıqlı əməkdaşlığa dair müqavilələrin imzalanması, anlaşmanın əldə olunması ölkəmizin investisiya iqliminin şəffaflığının əyani nümunəsidir.
Onu da vurğulayaq ki, Azərbaycan İnvestisiya Şirkəti xarici investorlarla ən mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Hazırda dünyanın ən nəhəng investisiya şirkətləri ilə dəyəri 100 milyon dollarla ölçülən layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
ölkəmizdə sərmayə mühitinin daha da yaxşılaşdırılması ilə bağlı siyasətin həyata keçirilməsi investorların ən mühüm strateji layihələrdə iştirak etmək maraqlarının artmasına səbəb olub. Xarici investorlar artıq ölkəmizdə yeni iqtisadi model olan xüsusi iqtisadi zonaların (XİZ) yaradılmasında əsas təşəbbüskara çevriliblər. Qeyd edək ki, xüsusi iqtisadi zonalar iqtisadi inkişafın başlıca mexanizmlərindən birini təşkil edir və bu ərazilərdə ən müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələri təşkil olunur. Azərbaycan hökuməti XİZ-lərin yaradılmasında maraqlı olduğunu bəyan edib və iqtisadiyyatın inkişafını sürətləndirmək məqsədilə qabaqcıl dövlətlərin təcrübəsini öyrənməyə başlayıb. Xüsusi iqtisadi zonada istehsal olunan məhsullar keyfiyyətinə və rəqabət qabiliyyətliliyinə görə seçiləcək, eyni zamanda, buradakı infrastruktur, yaradılmış müəssisələr, xidmət obyektləri, turizm və istirahət kompleksləri tam fərqlənəcək.
Respublikamızda əlverişli investisiya mühitinin mövcudluğu dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında da öz əksini tapıb. Bir neçə ay əvvəl Dünya İqtisadi Forumunun açıqladığı hesabatda Azərbaycan dünyada sərmayələrin qorunmasının təmin edilməsinə və rəqabət qabiliyyətli iqtisadiyyata malik olmasına görə lider ölkələr sırasında mövqe tutub. Respublikamız biznesin qeydiyyatının aparılması və investorlara yaradılan şəraitin şəffaflığı sahəsində həyata keçirdiyi pozitiv islahatlara görə yüksək qiymətləndirilib. Bu rəqabət mühitinin təmin edilməsi, əcnəbi investorların hüquqlarının qorunması ilə bağlı son iki ildə qəbul edilmiş mühüm qərarların icrası sayəsində mümkün olub. Digər beynəlxalq təşkilatların və reytinq agentliklərinin hesabatlarında da Azərbaycan iqtisadiyyatı möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi və şəffaf biznes mühitinin təmin edilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilir. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi isə ondan ibarətdir ki, Azərbaycan regionda davamlı islahatlar həyata keçirən və iqtisadiyyatın diversifikasiyasını, şəffaf biznes mühitinin genişlənməsini təmin edən dövlətdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58

