Azərbaycanla Belarus arasında strateji tərəfdaşlıq qurulub
14.11.2009 [11:00]
AzərTAc-ın məlumatına görə, noyabrın 12-də Belarus Respublikası Prezidentinin iqamətgahında Prezident Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar təşkil olunub.
Belarus Prezidenti Aleksandr Lukaşenko dövlətimizin başçısını salamlayaraq deyib: “Hörmətli İlham Heydər oğlu! Əziz dostlar! Bu gün əməkdaşlığımız haqqında çox danışılmışdır. İntensiv əlaqələrimiz təkcə dövlət başçıları səviyyəsində deyil, həm də ticarət-iqtisadi münasibətlərə, birgə müəssisələrin yaradılmasına, tam siyasi dəstəyə, dünyanın inkişafı gündəliyinə vahid baxışa əsaslanır. Deməli, bizim aramızda, dövlətlərimiz arasında strateji tərəfdaşlıq qurulmuşdur. Elə bir sual yoxdur ki, biz onu Azərbaycan tərəfi qarşısında qoyaq və İlham Heydər oğlunun, Azərbaycan Prezidentinin dəstəyini almayaq. Bizim heç bir dövlətlə belə münasibətlərimiz olmamışdır və yoxdur ki, razılığa gələk və Azərbaycanla olduğu kimi, hər şey həyata keçsin”.
Aleksandr Lukaşenko xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəyə qalxması sahəsindəki xidmətlərini xatırladaraq deyib ki, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkələrimiz arasında əməkdaşlıq daha da genişlənib: “Hazırda Prezident İlham Əliyev əməkdaşlıq əlaqələrimizin inkişafına öz töhfəsini verir”.
İkitərəfli münasibətlərin səviyyəsindən danışan Belarus Prezidenti ölkəsinin Azərbaycanda bir çox layihələrdə yaxından iştirak etdiyini bildirib.
“Bu, hər iki ölkə arasında olan qarşılıqlı anlaşmanın nəticəsidir”, - deyən Belarusun dövlət başçısı bildirib ki, dost Azərbaycan zəngin sərvətlərə malikdir və bu da ölkənin daha da güclənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev təşəkkür edərək deyib: “Hörmətli Aleksandr Qriqoryeviç! Əziz dostlar! Bir daha gözəl Belarus torpağına dəvətə görə Aleksandr Qriqoryeviçə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Mənim ünvanıma, Azərbaycanın, Azərbaycan xalqının ünvanına dediyiniz xoş sözlərə görə Sizə çox minnətdaram”.
Prezident İlham Əliyev deyib ki, dövlət başçılarının mütəmadi görüşləri, qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına təkan verir. Ulu öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə, Belarus Prezidentinə təşəkkür edən Azərbaycan dövlətinin başçısı ölkələrimizin müstəqilliyinin ilk illərində çətin sınaqlardan çıxdığını və uğurlu inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıraraq deyib: “1993-cü ildən, Heydər Əlirza oğlu hakimiyyətə gələn kimi tərəqqi, inkişaf başlandı. Bu gün biz əminliklə gələcəyə baxa bilərik. Mən burada üç il əvvəl olmuşam. Mən dəyişiklikləri, qayda-qanunu, yaşayış səviyyəsini görürəm. Bizi çox şey birləşdirir. İlk növbədə, bu, öz xalqına sədaqət, gələcək nəsillər qarşısında məsuliyyət, qarşıda duran məqsəddir. Məqsəd dövlətin, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, inkişaf etmiş, dinamik, yüksək səviyyəyə və yaşayış keyfiyyətinə malik cəmiyyət qurmaqdır. Demək istəyirəm ki, münasibətlərimizə strateji tərəfdaşlıq kimi qiymət verməyinizlə tamamilə razıyam. Biz buna nisbətən qısa vaxtda nail olmuşuq. Bunu qeyd etmək mənə də çox xoşdur. Bizim ikitərəfli münasibətlərimiz nadir münasibətlərdir. Bütün məsələlər hər hansı bürokratiyasız, ləngiməsiz, operativ, səmərəli və etibarlı şəraitdə həll edilir. Mən çox şadam ki, bizim aramızda belə şəxsi dostluq münasibətləri yaranmışdır. Bu, ikitərəfli münasibətlərimizin bütün spektrinə sirayət edir. Biz ticarət dövriyyəsinin artmasını, siyasi sahədə qarşılıqlı fəaliyyəti, birgə həyata keçirdiyimiz layihələrin konkret nəticələrini görürük və artıq gələcək üçün perspektiv planlar qururuq”.
Sonda Prezident İlham Əliyev dost Belarus xalqına rifah, əmin-amanlıq, sabitlik və çiçəklənmə arzulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

