2010-cu ildə Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirdi
23.12.2010 [10:20]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda son illərdə əldə edilən uğurlu inkişaf trayektoriyası 2010-cu ildə də davam etdirilib. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə də öz töhfəsini verib. Bu isə öz növbəsində Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərib. İstər ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli, istər dövlətlərarası münasibətlərin inkişafı, istərsə də, ölkəmizin beynəxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, atılan addımlar belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın dünyada iqitsadi-siyasi dayaqları günü-gündən daha da möhkəmlənir.
Dünya ictimaiyyəti bir daha Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədi və Dağlıq Qarabağ münaqişəsinin bu prinsip əsasında həllini tələb etdi
Təbii ki, bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Məhz bu istiqamətdə aparılan fəaliyyət, əldə olunan nəticələr 2010-cu ilin uğurlu olduğunu deməyə əsas verir. Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilib.
Beynəlxalq aləmin 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinə münasibəti haqda danışarkən, ilk olaraq NATO-nun Lissabon sammitinin yekun bəyanatını vurğulamaq lazımdır. Sammitin yekun bəyanatının 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edib. Xatırladaq ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu.
Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar tək NATO-nun Lissabon sammiti ilə məhdudlaşmır. Bir müddət öncə Qazaxıstanın Astana şəhərində keçirilən ATƏT-in VII Zirvə sammiti də Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə ölkəmizin ədalətli mövqeyinə uyğun olaraq həlli işinə öz töhfəsini verə biləcək tədbirlərdən sayılırdı. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qaldığını vurğulayıb və bildirib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən, Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə, Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur”.
Prezident İlham Əliyev Ermənistanın işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə etdiyini bildirib və qeyd edib ki, buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalıb, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir: “Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır”.
Sammitin sonunda qəbul edilmiş birgə bəyanat da Dağlıq Qarabağ münaqişəsinin Ermənistana sərf edən tərzdə nizamlanacağına əsas vermir. Hətta bir sıra erməni ekspertləri də, Ermənistan tərəfinin sammitdə qəbul olunmuş birgə bəyanatı imzalamaqla, əslində, Azərbaycanın mövqeyini təsdiqlədiyini vurğulayıb.
Bununla yanaşı, bu ilin may ayında Avropa Parlamenti “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı qətnamə qəbul edib. Bu qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb ifadə olunub. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanlarının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət kursu, ölkəmizin beynəlxalq aləmdə tanınmasına, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın haqlı və ədalətli mövqeyinə uyğun şəkildə nizamlanmasına zəmin yaradır.
Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq zəminində inkişaf etdirilir
Azərbaycan hər zaman öz xarici siyasət kursunda başqa dövlətlərlə və ya beynəlxalq təşkilatlarla ikitərəfli, çoxtərəfli münasibətlərin inkişafını əsas götürür. Bu mənada, ölkəmiz hər zaman beynəlxalq hüquq konvensiyası və öz milli maraqları çərçivəsində hər bir dövlətlə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Təbii ki, bu aspektdən Türkiyə ilə münasibətlər daha fərqli müstəvidə inkişaf edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq zəminində inkişaf etdirilir.
Əlbəttə ki, bu münasibətlərə zaman-zaman kölgə salmağa çalışanlar da tapılır və 2010-cu ildə də buna müəyyən cəhdlər edildi. O cümlədən, bu il NATO təlimləri adı altında qısa bir müddətə də olsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirənlər sonda həqiqətlə üz-üzə qaldılar: Türkiyə Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədlərini açmayacaq. Və bu tip təxribatlara iki qardaş ölkə lazımı cavabı verəcək.
Təbii ki, bütün bu məsələlərin arxasında dayanan məqsəd sadəcə bu iki qardaş ölkədə psixoloji gərginlik yaratmaqdır. Bir-birinə dayaq olan, hər zaman iqtisadi-siyasi müstəvilərdə bir-birilərinin dəstəyinə arxalanan Azərbaycan və Türkiyə dövlətlərinin bu birliyi bir sra xarici dairələri razı salmır. O baxımdan, zaman-zaman çirkin oyunlara əl atılması təbii görünür. Bir müddət öncə 90-cı illərdə Türkiyənin Azərbaycandakı səfirliyində çalışan və çalışdığı dövrdə fəaliyyətindəki nöqsanlara görə, işdən uzaqlaşdırılan Turqut Ərin illər sonra guya həmin dövrdə baş verən siyasi hadisələrin “təşviqini” apararaq yalanlar və böhtanlar dolu fikirlərini kitab kimi dərc etdirməsi də bu cəhdlərdən biri kimi qiymətləndirilir. Yuxarıda qeyd etdiyimiz kimi, başqa maraqların mövqeyinə xidmət göstərən bu kitab birbaşa ölkələr və xalqlararası münasibətlərə xələl yetirməyə hesablanıb. Amma bu, yalnız yalan sərsəmləmələrdən ibarət, subyektiv fikirlərin “tarixi fakt” adı altında ictimai rəyə təqdim olunması cəhdindən başqa bir şey deyil. Və istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti bu çirkin oyunda iştirak edənlərə öz layiqli cavabını verdi.
Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə daha da möhkəmləndirilir
2010-cu il ərzində ölkəmizə bir sıra böyük dövlətlərin rəhbərlərinin, beynəlxalq təşkilatlarının nümayəndələrinin səfərləri, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və dövlət başçıları ilə görüşləri də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə yol açıb. ölkə başçımızın ABŞ Prezidenti Barak Obama ilə görüşü, ABŞ dövlət katibi Hillari Klintonun paytaxtımıza səfəri, o cümlədən, Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya səfəri də bu söylənilənləri təsdiq edir. Bu gün Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən və bunu uğurla inkişaf etdirə bilən azsaylı dövlətlərdən olduğunu nəzərə alsaq, ölkəmizin bütün dövlətlərlə iqtisadi-siyasi münasibətlərdə qarşılıqlı maraqlara söykənən əlaqələr qurması böyük nailiyyət hesab edilməlidir. Digər tərəfdən, Azərbaycanın məhz 2010-cu ildə gələcəkdə böyük qaz ixracatçısına çevriləcəyi ilə bağlı proqnozların verilməsi, ölkəmizin Avropanın, eləcə də, dünyanın enerji təchizatındakı aktiv rolu, bununla yanaşı, demokratik prinsiplərə sadiqliyi beynəlxalq müstəvidə ölkəmizin imicinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edib. Azərbaycanda baş tutan azad, demokratik və şəffaf parlament seçkiləri bir daha ölkəmizin demokratik inkişaf yoluna sədaqətini nümayiş etdirdi. Seçkini müşahidə edən beynəlxalq müşahidəçilər Azərbaycanda yaranan seçki mədəniyyəti, insanlara yaradılan azad seçim hüququ haqda yüksək fikirlər bildirdilər.
Bütün faktları nəzərə alaraq, 2010-cu ili Azərbaycan üçün uğurlu saymaq olar. Və bununla yanaşı, 2010-cu ildə əldə olunan uğurlar qarşıdan gələn 2011-ci ildə ölkəmizin daha böyük nailiyyətlərə imza atacağına imkan yaradır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

