/ / Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak edib
Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak edib
30.12.2010 [10:10]
İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə inşa olunub. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olunub ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Bildirilib ki, inşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilib. Ərazidə yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışıb. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunub, müasir işıqlandırma sistemi qurulub.
Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulub, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulub, geniş piyada səkiləri salınıb.
Prezident İlham Əliyev yol qovşağı və tunelin açılışını bildirən lenti kəsib.
İnşaatçılarla görüşən Prezident İlham Əliyev onları təbrik edib.
Sonra dövlətimizin başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxıb. Məlumat verilib ki, Fətəli Xan Xoyski prospektindən metronun “Nəriman Nərimanov” stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edə, həmçinin, tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.
Prezident İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə bağlı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılıb. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır.
Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir. Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Bildirilib ki, tikinti zamanı burada 100-ə yaxın işçi çalışıb. Tunelin ümumi uzunluğu 274 metrdir. örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.
Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunub, yüksək səviyyədə işıqlandırma sistemi qurulub. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulub, ətrafda yaşıllıqlar salınıb, ağac və kollar əkilib, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulub, rahat piyada səkiləri salınıb. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunub.
Prezident İlham Əliyev Heydər Əliyev prospekti, Koroğlu Rəhimov küçəsi və Xətai prospekti arasında avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması üçün təklif edilən yeni yolun planına, həmin ərazidə tikintisi başa çatmaq üzrə olan və inşası nəzərdə tutulan yolların sxeminə baxıb, tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı tunelin açılışını bildirən lenti kəsib.
Nəqliyyat Naziri Ziya Məmmədov tunellərin texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına məlumat verib ki, Yusif Səfərov küçəsinin altından keçən piyada keçidi “Tunel-1” ilə Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidi “Tunel-2” bir-birinə bitişikdir.
Prezident İlham Əliyev inşaatçılarla görüşüb, onları keçidlərin açılışı münasibətilə təbrik edib. Dövlətimizin başçısı qeyd edib ki, paytaxt Bakıda böyük işlər görülür. Bu ərazidə məktəb, xəstəxana və digər inzibati binaların olması piyada keçidlərinin əhəmiyyətini artırır. Yusif Səfərov küçəsi də genişləndirilib. İnşa olunan keçidlər ən müasir standartlara cavab verir. Prezident İlham Əliyev deyib ki, bütün bunlar insanların rahatlığına yönəlib.
Prezident İlham Əliyev paytaxt sakinlərini və inşaatçıları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib.
Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqlarına uyğun olaraq tunellərin tikintisinə bu ilin fevral ayında başlanılıb. Respublika Perinatal Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Ali Məhkəmənin bu ərazidə olması, Yusif Səfərov və Mehdi Mehdizadə küçələrində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli olan tunellərin tikinti işləri müasir texniki üsullardan istifadə etməklə yüksək səviyyədə aparılıb. İnşaat işlərində 50-yə yaxın işçi çalışıb. üç giriş-çıxışı olan keçidlərin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunub.
Prezident İlham Əliyevə məlumat verilib ki, tunellərin örtülü hissəsinin ümumi uzunluğu 136 metrdir. Yusif Səfərov küçəsinin altından keçən piyada keçidinin uzunluğu 76 metr, Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidinin uzunluğu isə 50 metrdir. Hər iki tunelin eni 5, hündürlüyü isə 3 metrdir. Keçidlərdə təhlükəsizlik kameraları quraşdırılıb. Keçid piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın bu hissəsinin memarlıq ansamblına da yaraşıq verir.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı paytaxtda yenidənqurma tədbirləri zamanı keyfiyyətin və müasirliyin başlıca meyar kimi götürülməsinin zəruriliyini vurğulayıb.
İşlərin keyfiyyətlə, həm də tez bir zamanda yekunlaşması üçün bütün qüvvələr səfərbər olunub. Tikintinin gedişində 60-a yaxın işçi çalışıb. Yeni yeraltı keçid piyadaların Milli Parka və əks istiqamətə təhlükəsiz hərəkətini təmin etmək üçün mühüm rol oynayır. Keçiddə piyadaların hərəkətini asanlaşdırmaq üçün 4 müasir eskalator quraşdırılıb. Dünyanın aparıcı dövlətlərində istifadə edilən bu eskalatorların uzunluğu 4,2 metrdir. Burada, həmçinin əlillərin hərəkəti üçün şərait də yaradılıb. Yeraltı keçidin tavanına alkopon vurulub, döşəmə və divarlar qranitlə örtülüb. Prezident İlham Əliyev keçidin açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına məlumat verilib ki, müasir tələblər səviyyəsində yaradılan 2 çıxışlı keçidin tunelinin örtülü hissəsinin uzunluğu 56, eni 8, hündürlüyü isə 3 metrdir. Keçiddə müasir işıqlandırma sistemi, girişlərdə təhlükəsizlik kameraları quraşdırılıb. Bu kameralar vasitəsilə gün ərzində keçiddə təhlükəsizliyə nəzarət ediləcək.
Bildirilib ki, bu keçid piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, həm də əraziyə əlavə gözəllik verir. Qeyd olunub ki, yeni keçid Neftçilər prospektində nəqliyyatın tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Qrunt və yağış sularının keçidə axmasının qarşısını almaq məsələsinə də inşaat işləri zamanı diqqət yetirilib.
Həmin gün Prezident İlham Əliyev paytaxtın Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində əsaslı yenidənqurmadan sonra açılan piyada keçidi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, piyadaların və avtomobillərin hərəkətinin sıx olduğu bu ərazidəki keçiddə əsaslı təmir işlərinə cari ilin aprelində başlanılıb. Dörd giriş-çıxışı olan keçiddə təmir və yenidənqurma işləri zamanı yüksək keyfiyyətli inşaat materiallarından istifadə edilib.
Keçidin inşası Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilib. Təmir işlərində 100-ə yaxın işçinin çalışdığı keçidin ümumi uzunluğu 80, eni 4-8, hündürlüyü isə 2,3 metrdir. Keçidin divarları, döşəməsi, işıq sistemi tam yenilənib. Məhəccərlər isə paslanmayan metaldan düzəldilib. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün xüsusi nasosxana qurulub. Sakinlərin təhlükəsizliyinə nəzarət üçün burada kamera da quraşdırılıb. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca yol salınıb.
Prezident İlham Əliyev yeraltı keçidi gəzib və görülən işlərlə yaxından tanış olub.
Prezident İlham Əliyev Yasamal rayonundakı 20 nömrəli orta məktəbin yanında, Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsindəki yeraltı piyada keçidinin də açılışında iştirak edib.
İnşaatçılar və mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, bu piyada keçidinin tikintisi ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Həmin obyektin tikintisi zamanı ətrafda da əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.
Layihə reallaşdırılarkən yeraltı keçidin ətrafdakı tikililər və infrastruktur obyektləri ilə ümumi ansambl təşkil etməsinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevə keçidin texniki-iqtisadi göstəriciləri barədə də məlumat verilib. Qeyd olunub ki, qısa müddətdə tikintisi başa çatdırılan bu qurğunun 5 istiqamətə çıxışı var. Yaxınlıqda bir sıra təhsil ocaqları yerləşdiyindən keçid xüsusilə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Keçiddə eskalator da quraşdırılıb. Əlillərin də bu qurğunun xidmətindən rahat istifadəsi üçün müvafiq tədbirlər görülüb.
Prezident İlham Əliyev mərasim iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Respublikanın Əməkdar müəllimi Sabir Məmişov mərasim iştirakçıları adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Prezident İlham Əliyev deyib: “Sağ olun. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə, Azərbaycanın bütün müəllimlərinə xoşbəxtlik, cansağlığı arzulayıram. Bu gün Bakı şəhərində çox əlamətdar bir gündür. Bu gün dörd piyada keçidi, iki tunel açılıb. Bu keçidin əlbəttə ki, öz xüsusiyyəti, çox böyük önəmi vardır və qeyd etdiyiniz kimi, burada böyük məktəb yerləşir. Bir neçə il bundan əvvəl bu məktəb də əsaslı təmir edilibdir və yadımdadır, mən bu məktəbdə vəziyyətlə tanış olmuşam”.
Prezident İlham Əliyev keçidin ən müasir standartlara uyğun inşa olunduğunu vurğulayıb.
Sonra Prezident İlham Əliyevə yeraltı keçidin digər texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, bu qurğunun uzunluğu ümumilikdə 173, eni 6 və hündürlüyü 3 metrdir.
Tikinti-quraşdırma işləri zamanı yüksək keyfiyyətli inşaat materiallarına üstünlük verilib. Layihənin reallaşdırılması zamanı müasir və milli memarlıq üslublarının bir-birini tamamlaması diqqət mərkəzində saxlanılıb. İşıqlandırma sistemi də mükəmməlliyi ilə seçilir və qurğunun görkəmini daha da gözəlləşdirir. Keçidin normal fəaliyyəti üçün digər kompleks tədbirlər görülüb.
Yeraltı piyada keçidi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

