Azərbaycan Avropa bazarlarını gələcəkdə əhəmiyyətli həcmdə enerji ilə təmin etməyə davam edəcək
23.06.2011 [09:48]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” Proqramı, energetika sahəsində əməkdaşlıq, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Avropa İttifaqının prezidenti Herman Van Rompey Azərbaycan Prezidentini Brüsseldə salamlayıb. O, “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibətilə təbriklərini çatdırıb. “Avropanın bütün dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət mərkəzinə çevirəcəkdir”, - deyən Herman Van Rompey bildirib ki, Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin gücləndirilməsinə sadiqdir. Bu, sentyabrda Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” Sammitinə hazırlıq və gözləntilərdə də əks olunub.
Varşava sammitini həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacağını deyən Avropa İttifaqının prezidenti buraya “Şərq tərəfdaşlığı”nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqliyin, xüsusilə demokratik prinsiplər və təcrübələrin, insan hüquqlarına hörmətin, yaxşı idarəçiliyin və qanunun aliliyinin daxil olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompey Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstək verdiyini vurğulayıb. “Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır”, - deyən Avropa İttifaqının prezidenti münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəklədiyini diqqətə çatdırıb.
Bildirib ki, Aİ-Azərbaycan əlaqələrinin digər mərkəzi elementi enerji sahəsidir və təmsil etdiyi qurum əmindir ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə əhəmiyyətli həcmdə enerji ilə təmin etməyə davam edəcək.
“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bizim bu əlaqələrimizin uzun tarixi var və bu gün bu münasibətlər yeni bir mərhələyə daxil olur”, - deyən Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” Proqramının fəal dialoq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyev deyib ki, üzərində işlənilən Assosiativ saziş bir çox sahələri əhatə edəcək və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanatın həvəsləndirici olduğunu deyib.
Dövlətimizin başçısı qeyd edib ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir, münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktının sənədləri əsasında həll edilməlidir bəyanatı bizi olduqca həvəsləndirib. “Ərazilərimiz işğaldan azad olunandan sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik”, - deyən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixinin olduğunu, bu gün Avropanın enerji resurslarımızın əsas istehlakçısına çevrildiyini diqqətə çatdırıb. Bu ilin yanvarında Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iştirakı ilə imzalanan “Cənub” qaz dəhlizi ilə bağlı bəyannamənin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu sənədin gələcəkdə Avropanın alternativ, etibarlı və böyük qaz resursları əldə edə bilməsinə imkan verəcəyini bildirib.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

