Hər bir ölkənin, dövlətin gələcəyi və bu günü onun intellektual potensialından asılıdır
16.09.2011 [10:31]
Sentyabrın 15-də - Bilik günündə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Müəllim, şagird və valideynlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Məktəblilər Prezident İlham Əliyevə gül dəstələri təqdim ediblər.
Prezident İlham Əliyev mərasim iştirakçıları qarşısında çıxış edərək onları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Dövlət başçısı İlham Əliyev bildirib ki, 6 saylı məktəbin çox böyük tarixi, böyük ənənələri var: “Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən çox şadam ki, bu gün böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyatı başlayır”.
“Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır” - deyən Prezident İlham Əliyev söyləyib ki, son illər ərzində 2161 məktəb tikilib və təmir edilib: “Bütün məktəblərdə kompyuter sinifləri yaradılıbdır. Hesab edirəm ki, Azərbaycanda təhsilin səviyyəsi müasir tədris prosesinin inkişafı hesabına daha da qalxacaqdır”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bu dərs ili ərəfəsində Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilib, yeni korpuslar tikilib: “Bölgələrdə 60-a yaxın məktəb tikilib təmir edilmişdir. Bakının bütün bölgələrində - ən ucqar qəsəbələrdən tutmuş şəhər mərkəzinə qədər məktəblərdə geniş quruculuq işləri aparılıb. Mən ümid edirəm ki, növbəti iki il ərzində Bakı şəhərində bütün məktəblər ən yüksək standartlara cavab verəcəkdir. Beləliklə, məktəblərin tikintisi və təmiri ilə bağlı proqramımız başa çatacaqdır. Ancaq məktəblərin tikintisi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri vacib olsa da, işimiz bununla məhdudlaşmamalıdır. Əsas məsələ təhsilin keyfiyyətidir və uşaqlara verilən biliklərdir. Bu, həm uşaqlara, həm bizə, həm də dövlətə lazımdır. İndiki şəraitdə hər bir insanın taleyi onun əlindədir”.
“Mən tam əminəm və görürəm ki, bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar” - söyləyən Prezident İlham Əliyev əlavə edərək bildirib ki, Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər, müasir yanaşmalar, islahatlar ümid edirəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaq: “çünki həm hər bir insan, həm də dövlət üçün təhsil ən vacib, ən həlledici amillərdən biridir. Bəlkə də uşaqlar bu sözləri tez-tez eşidir. Ancaq bu, həqiqətdir ki, insanın gələcəyi, həyatda öz yerini tapması üçün təhsil hər şeydən üstündür. Biz çalışmalıyıq ki, məktəblərin tikintisi, ali məktəblərdə gedən islahatlar və tədris prosesinin təkmilləşdirilməsi məsələləri uğurla həll edilsin və beləliklə gənclər, uşaqlar peşəkar olsunlar, gələcəkdə Azərbaycan dövlətinə həm sədaqətlə, həm peşəkarlıqla xidmət etsinlər”.
Dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, hər bir ölkənin, dövlətin gələcəyi və bu günü onun intellektual potensialından asılıdır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır”.
Məktəbin tarix müəllimi Elmin İmanov dövlətimizin başçısına minnətdarlığını bildirərək deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli liderimiz Heydər Əliyevin məktəbimizdə bir neçə dəfə olması və 2001-ci ildə söylədiyi “Mən inanıram ki, 6 nömrəli məktəb Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaqdır” sözləri bu gün bizi daha səylə işləməyə ruhlandırır: “Bu yanaşma ənənəvi formada davam edir. Bu gün respublikamızın ən ucqar rayonunda, ən ucqar kəndində belə yüksək səviyyədə, müasir texniki avadanlıqla, ləvazimatla təmin edilmiş məktəblərin olması Sizin Azərbaycan təhsilinə qayğınızın bariz nümunəsidir. Biz üzərimizdə böyük məsuliyyət hiss edirik. çünki 6 nömrəli məktəbin müəllimi olmaq və burada işləmək həm şərəfli, həm də məsuliyyətlidir. çünki bizim məktəbin məzunu respublikamızı idarə edir”.
Valideynlər adından çıxış edən Sevda Katibli deyib ki, bu möhtəşəm binada məktəbin ənənələri yaşayacaq və məktəb respublikamız üçün hələ çoxlu dəyərli insanlar yetişdirəcək.
Sonra yeni dərs ilinin ilk zəngi çalınıb.
Dövlətimizin başçısı məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirib.
Daha sonra Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lentı kəsib.
Məktəbin binası qarşısında dövlətimizin başçısı vaxtilə Ona dərs deyən müəllimləri ilə görüşüb, onlarla söhbət edib. Müəllimlər xatirələrini bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğulayıblar.
Dövlətimizin başçısı müəllimləri ilə xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, altımərtəbəli təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkili üçün ideal imkan yaradılıb. Yenidənqurma işlərindən sonra məktəbin ərazisi genişləndirilərək 13 min kvadratmetrə çatdırılıb. Məktəb 2 min 270 şagird yerlikdir. Bu gün burada 1690 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli liderin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısını əks etdirən fotostend yaradılıb.
Prezident İlham Əliyev siniflərdə dərs prosesi ilə maraqlanıb. Dövlətimizin başçısı əvvəlcə bu gün ilk dəfə məktəbə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxdı, uşaqları yeni dərs ili münasibətilə təbrik edib. Bu il 6 nömrəli məktəbdə 1-ci sinifdə 230 şagird təhsil alacaq.
Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur yenilənib, xüsusi təhlükəsizlik sistemi yaradılıb. Tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili videokamera vasitəsilə izlənilir.
Məktəbin ikinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada ümummilli lider Heydər Əliyev haqqında müxtəlif nəşrlər, Ulu öndərin attestatının, diplomunun və tərifnamələrinin surətləri toplanıb. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar da var. Ulu öndər Heydər Əliyev 6 nömrəli orta məktəbdə iki dəfə olub. Birinci dəfə 1977-ci ildə, oğlu, Azərbaycan Prezidenti İlham Əliyev orta məktəbi bitirərkən və 2001-ci il sentyabrın 1-də.
Heydər Əliyev Muzeyində ümummilli liderin “6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq” fikri epiqraf seçilmiş xatirə kitabı da var.
Məktəbin konfrans zalında Prezident İlham Əliyev İP beynəlxalq proqramı barədə filmə baxıb. 1968-ci ildə Cenevrədə yaradılan proqram bu ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcək. Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri bu nadir imkandan pulsuz istifadə edəcəklər. Bu il məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom proqramı tətbiq ediləcək. Proqrama əsasən tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. İP diplomu dünyanın 2 min 544 universitetində tanınır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçiblər.
Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik - 10-cu sinifdən profil siniflərin yaradılmasıdır. İndi bu pilot proqram Bakının beş məktəbində tətbiq edilir.
Dövlətimizin başçısı müəllimlər otağına baxıb. Burada daha bir yenilik ondan ibarətdir ki, təcrübə mübadiləsi məqsədilə mətbuat konfranslarının, telekörpülərin keçirilməsi üçün Bakı və Sumqayıtın bir çox məktəbləri ilə birbaşa bağlantını təşkil etmək mümkündür.
Təhsil ocağının bütün sinifləri kompyuter və proyektorlarla, bir çox sinif otaqları isə “ağıllı lövhə” adlandırılan smart lövhələrlə təchiz olunub. Bu interaktiv lövhələr ən son texnologiyalar əsasında qurulub.
Məktəbin üç linqofon kabineti var. Hər biri 24 nəfərlik bu sinif otaqlarında ingilis və alman dilləri tədris olunacaq.
Şagirdlərin keyfiyyətli və vaxtında qidalanmasını 186 yerlik yeməkxana və müasir avadanlıqla təchiz olunan mətbəx təmin edəcək.
Dövlətimizin başçısı məktəbin musiqi kabinetinə də baxıb. Burada Azərbaycanın dövlət himni ifa edilib.
Təhsil ocağında ən müasir standartlara uyğun qurulan və ən qabaqcıl avadanlıqla təchiz edilən fənn kabinetləri var.
Bütün siniflər müasir avadanlıq və əyani vasitələrlə təchiz edilib.
Prezident İlham Əliyev informatika kabinetində olub. Məlumat verilib ki, məktəbdə bu cür dörd kabinet şagirdlərin ixtiyarındadır. Məktəbdə WiFi şəbəkəsi də qurulub.
Dövlətimizin başçısı sınaqların keçirilməsi üçün hər cür şəraiti olan kimya kabineti və laboratoriyası, həmçinin lazımi əyani vasitələrlə təchiz edilən biologiya kabineti ilə tanış olub.
Məktəbin altıncı mərtəbəsi xüsusi zövqlə tərtib edilib. Burada “Qış bağı” adlandırılan guşə bir çox mədəni tədbirlərin, görüşlərin keçirilməsi üçün nəzərdə tutulub.
Prezident İlham Əliyev 224 yerlik geniş akt zalına da baxıb.
Dövlətimizin başçısı məktəb muzeyində də olub.
Muzeydə toplanan materiallar bir daha təsdiq edir ki, bu məktəb Bakının sayılıb-seçilən təhsil müəssisələrindən biri olub. Məktəb Azərbaycanın inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə təhsil verən komplekslərdən biridir. Burada məktəbin nailiyyətlərini əks etdirən stendlər qurulub, təhsil ocağının direktorlarının, fəxri məzunlarının, fəxri adlara layiq görülən müəllimlərinin fotolarından ibarət güşələr yaradılıb. Muzeydə Azərbaycan Prezidentinin attestatının surəti də var.
Təhsil ocağının direktoru Gülşən Orucova məktəbdə fəxri məzunlar klubunun yaradıldığını bildirərək, bu klubun döş nişanını dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini imzalayıb.
Dövlətimizin başçısı məktəbin yenidən qurulmasını əks etdirən videogörüntüyə baxıb.
Məktəbin zəngin kitabxanası da var. Burada 6 mindən çox kitab toplanıb. Şagirdlərin ixtiyarına 80 yerlik oxu zalı verilib.
Yenidənqurma işlərindən sonra məktəb iki korpusdan ibarətdir. Onlardan biri idman korpusudur. İdman korpusuna eni 6, uzunluğu 40 metr olan tunel aparır. Burada bir neçə idman zalı var. Müxtəlif trenajorlarla təchiz edilən zallarda idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mümkündür.
Məktəbin girişində Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən məlumat tablosu quraşdırılıb. Təhsil ocağının yenidən qurulması və çox geniş sahəni əhatə etməsi nəzərə alınaraq, buraya gələnlərə lazımi sinfi tez tapmaq üçün tabloda eksplikasiya vasitəsilə məktəbin planı verilir.
ümumilikdə məktəbdə 86 sinif otağı var.
Beləliklə, yeni dərs ilində ölkəmizdə daha bir təhsil ocağı ən müasir tələblərə uyğun yenidən qurularaq və ən qabaqcıl avadanlıqla təchiz edilərək istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

