Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul edib

02.11.2011 [14:18]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.
Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnunluq hissi ilə xatırlayıb. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30