Yeni üçtərəfli platforma: Azərbaycan-Türkiyə-İsrail üçbucağı
12.09.2023 [10:40]
Azərbaycanın milli maraqlar üzərində qurulan məqsədyönlü xarici siyasət kursu multiregional səciyyə daşıyır. Ölkəmiz yaxın və uzaq coğrafiyalarda yerləşən dövlətlərlə qarşılıqlı maraqlar əsasında sıx təmaslar qurmaqla özünün beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Respublikamızın müxtəlif sahələrdə sıx təmaslar qurduğu ölkələr sırasında Türkiyə və İsrail xüsusi yer tutur. Hazırda Azərbaycan - Türkiyə - İsrail üçtərəfli platformasının yaradılması gündəmə gəlib. “Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “I24NEWS” telekanalına müsahibəsində deyib.
İkitərəfli əməkdaşlıqda yeni səhifələr
Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.
Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. İki qardaş ölkə arasında 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərində yeni bir səhifə açılıb. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Azərbaycanla İsrail arasında da münasibətlər uğurla inkişaf edir. İsrail müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət, qarşılıqlı anlaşma ruhunda olub. Azərbaycanda əsrlər boyu‚ təqribi 2600-2700 ilə yaxındır ki, yəhudilər yaşayırlar. Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində öz həyatlarını qurublar. Burada heç bir zaman antisemitizm‚ yəhudi təqibi olmayıb. Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycandan köçmüş yəhudi icması var. Bu kifayət qədər böyük bir rəqəmdir. Bu icmada təmsil olunanlar İsrailin hər yerində azərbaycançılıq təbliğatı aparırlar. Onlar ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini dünyaya çatdıraraq Azərbaycan naminə fəaliyyət həyata keçirirlər. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqlar dəvət edib və gələn həkimlər mütəmadi olaraq pasiyentləri nəzarətdə saxlayıb. Onlar əməliyyatları və sonrakı müalicəni tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər. Cari ilin mart ayında İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutdu. Bununla da Azərbaycanın İsraillə indiyədək siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə inkişaf edən əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə qalxmış oldu.
Həm Türkiyə, həm də İsraillə yüksəksəviyyəli münasibətlər quran Azərbaycan, həmçinin bəhs olunan iki ölkənin bir-birinə yaxınlaşmasına da böyük səy göstərir. Bir neçə il bundan əvvəl İsraillə Türkiyə arasında yaşanan gərginliyi yada salaq. Bəzi güc mərkəzləri bu gərginliyi artırmağa çalışır və məqsədli şəkildə yanan odun üstünə yağ tökürdülər. Azərbaycan əsl dost kimi davrandı və böyük səylər ortaya qoymaqla Türkiyə ilə İsrail arasında münasibətlərin normal istiqamətə yönəlməsinə vəsilə oldu.
Azərbaycanın dost təklifi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəhs olunan müsahibəsində bildirib ki, əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. Fikirlərinə davam edən Hikmət Hacıyev deyib: “İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olublar. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir”.
Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb: “Biz bunu yüksək qiymətləndiririk”
Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində onu da bildirib ki, Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir: “Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir”.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17
