Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

22.05.2024 [16:50]

Türkiyə UEFA Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı məlumat verib. O bildirib ki, 2026-cı ildə Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının həlledici görüşləri İstanbul şəhərində keçiriləcək.

Artıq Avropa Liqasının final qarşılaşmasının baş tutacağı arena bəlli olub. Bu, ”Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionu olacaq. Konfrans Liqasının həlledici matçının reallaşacağı stadion isə daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, ötən il İstanbul şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionu Çempionlar Liqasında İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında baş tutmuş final görüşünü qəbul edib.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30