Naxçıvanda veloyürüş təşkil olunub
07.09.2024 [18:41]
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublikanın Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, "Saat meydanı" İstirahət Mərkəzində veloyürüşün açılış mərasimi təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı həlli istiqamətində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlərin həyata keçirildiyini xatırladıb, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə dünya müstəvisində aparıcı mövqeyə malik olduğunu deyib. Qeyd edilib ki, noyabrda Azərbaycanın COP29 kimi mötəbər konfransa ev sahibliyi etməsi, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ümumilikdə bu sahədə atılan addımlar dövlətimizin ekoloji mühafizə məsələsinə həm də beynəlmiləl müstəvidən baxdığını göstərir. Ölkəmizdə yaşıl enerji zonası elan olunan Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran Məcid Seyidov əlavə edib ki, bugünkü veloyürüşün məqsədi yalnız insanların sağlam həyat tərzinə və ya ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadəyə təşviqinə deyil, eyni zamanda, cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, bununla mübarizədə birlik, həmrəylik nümayiş etdirməkdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə danışıb, veloyürüşlə bağlı fikirlərini bölüşüb. Şəhər sakinlərinin ekoloji biliklərinin, əhalinin mühafizə prosesindəki rolunun artırılması, velosipeddən istifadənin gündəlik həyat tərzinə çevrilməsi üçün maarifləndirici tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövrün aktual ekoloji problemləri ilə mübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddən istifadənin önəmi ifadə olunub.
Sonra iştirakçılar start xəttinə dəvət olunub və yürüşə start verilib. İştirakçılar təyin olunmuş bir dövrəlik marşrut üzrə 8000 metr məsafə qət ediblər. Nəticələrə gəlincə, kişilər arasında Asiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinci çatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, Elvin Mikayılzadə ilə Aydan Qasımlı isə üçüncü olublar.
İlk üç yerin sahiblərinə nazirliyin diplom və medalları, eləcə də sponsorların hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

