Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyunu fransalı hakimlərə tapşırılıb

Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyunu fransalı hakimlərə tapşırılıb

24.09.2024 [12:20]

UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək ilk tur oyununa təyinatlar açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Var hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas olacaq.

Qeyd edək ki, sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30