Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib

“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib

08.10.2024 [19:16]

İtaliyanın "Milan" komandasının futbolçusu Teo Hernandes iki oyunluq diskvalifikasiya edilib.

AZƏRTAC A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı fransalı müdafiəçinin İtaliya çempionatının VII turunda “Fiorentina”ya qarşı keçirilmiş matçda (1:2) baş hakimə qarşı kobud davranışı səbəb olub. Referinin qərarlarından narazı qalan futbolçu onu sərt şəkildə tənqid edib.

Fransa yığmasının üzvü A Seriyasında "Udineze" və "Bolonya" ilə qarşılaşmalarda “Milan”a kömək edə bilməyəcək.

Qeyd edək ki, Teo Hernandes 2019-cu ildən İtaliya klubunda çıxış edir.

Paylaş:
Baxılıb: 342 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30