Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

08.06.2026 [20:35]

İspaniyanın “Real Madrid” klubunun futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.

AZƏRTAC xəbər verir ki, futbol komandası La Liqada 86 xalla 2-ci yeri tutub. “Kral klubu” Çempionlar Liqası ilə 1/4 final mərhələsində vidalaşıb. Madrid təmsilçisi İspaniya Kral Kubokunda isə 1/8 finaladək irəliləyə bilib. Komanda, həmçinin İspaniya Superkuboku uğrunda matçda “Barselona”ya məğlub olub.

Basketbol komandası isə bu mövsüm Avroliqa “Dördlər Finalı”na yüksəlsə də, həlledici matçlarda Yunanıstan “Olimpiakos”una uduzub. Kollektiv daxili yarışlarda – İspaniya Liqası və Kubokunda da titulsuz qalıb.

Qeyd edək ki, "Real Madrid" futbol və basketbolda sonuncu dəfə 2009/2010-cu illər mövsümündə bu halla üzləşmişdi.

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31