Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi olub

Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi olub

15.08.2015 [10:55]

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 14-də qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində Serbiya, Tayvan, Çin, Rusiya, Ukrayna, Koreya Respublikası və Fransadan 8 idmançı iştirak edib. Serbiya idmançısı Zorana Arunoviç 199 xalla Çin idmançısını geridə qoyaraq birinci yeri tutub. Çin idmançısı Yuemei Lin 197,7 xalla ikinci, Tayvan atıcısı Chen Chia Tien 177,7 xalla üçüncü yeri əldə edib.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Yeddi gündür davam edən atıcılıq yarışlarında indiyədək 26 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 
Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30